Mobil versiya
Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur
Tarix: 21-09-2022 | Saat: 11:49
Bölmə:Siyasət | çapa göndər

Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur



Prezident cənab İlham Əliyev cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı Şanxay Əməkdaşlıq Təşkilatının son illərdə artan nüfuzu ilə başlamış, əsas fəaliyyət istiqamətlərindən birinin təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsi olduğunu, bunun üçün terrorizm, separatizm və ekstremizmin səbəbləri, mənbələri və təzahürlərinin aradan qaldırılmasının qurumun fəaliyyətində prioritet kimi müəyyən edildiyini, “Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında” 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyası qəbul edildiyini yada salmışdır. Ölkə rəhbəri qeyd etmişdir ki, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da hər zaman təşkilatın əsas vəzifəsi kimi gündəmdədir ki, bu da öz növbəsində ŞƏT sərhədləri daxilində davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında böyük önəm kəsb edir. İqtisadi güc mərkəzinə çevrilmək baxımından da ŞƏT əməli addımlar atır və bu xüsusda böyük potensiala malikdir. Hətta bu müstəvidə ŞƏT-i “Böyük yeddiliyin” alternativi də adlandırırlar.

Cənab Prezident Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verdi. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olduğunu və ildə 25 milyon tona qədər artırıla bildiyini vurğuladı. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzitin 50 faizə yaxın artdığını, Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olduğunu, Bakı gəmiqayırma zavodunda bütün növ gəmilər istehsal edildiyini də iştirakçıların nəzərinə çatdırdı. Eyni zamanda, Prezident cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilmiş və ya əsaslı təmir edilmişdir. Bu gün isə Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaqdır. Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratmışdır. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Ölkə prezidenti Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini, ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlanmalı olduğunu, lakin sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini təəssüf hissi ilə qeyd etmişdir. Söyləmişdir ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğunu dilə gətirən dövlət başçısı İlham Əliyev, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmiş, Azərbaycanın Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdiyini və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdiyini də nitqinə əlavə etmişdir.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının Sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024