Mobil versiya
Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik mühitinin daha da gücləndirilməsi ən vacib məsələlərdən biridir
Tarix: 19-09-2022 | Saat: 11:49
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik mühitinin daha da gücləndirilməsi ən vacib məsələlərdən biridir

Revanşist siyasətindən və Azərbaycana qarşı işğalçı niyyətindən hələ də əl çəkmək istəməyən rəsmi İrəvan artıq çoxdan dünyada mövcud olan antiazərbaycan qüvvələrin əlində bir manipulyasiya alətinə çevrilib. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bunu bir daha sübut edir. Cənubi Qafqazda forpost kimi yaradıldığı dövrdən indiyədək Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı da əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sistemində demək olar ki, təcrid vəziyyətə düşüb.

Son erməni təxribatları bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı məqsədyönlü addımlar, ölkənin hərbi qüdrətinin artırılması məqsədilə həyata keçirilən zəruri tədbirlər müstəsna əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, Ermənistanın revanşist siyasəti bu gün təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün real təhdiddir. Azərbaycan isə yaranmış vəziyyətdə bu təhdidin qarşısını almağa qadir olan yeganə regional qüvvədir.

Əlbəttə ki, Azərbaycanın günü-gündən güclənməsi, həmçinin ölkəmizin getdikcə artan beynəlxalq nüfuzu, möhkəmlənən mövqeləri dünyadakı antiazərbaycan qüvvələrini narahat etməyə bilməz. O cümlədən Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu da bəzi dünya gücləri tərəfindən qısqanclıqla qarşılanır. Məhz buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin rəvac verdiyi hərbi təxribatların daha bir məqsədi kimi Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılması cəhdini göstərə bilərik.

Daha bir diqqətəlayiq məqam bundan ibarətdir ki, Azərbaycan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələrindən biri olaraq ATƏT-in Minsk Qrupunun mövcudluğuna faktiki olaraq son qoydu. Buna görə də 13 sentyabr insidenti eyni zamanda həm də məhz Minsk Qrupunu yenidən gündəmə gətirməyə yönəldilmiş bir cəhd kimi də qiymətləndirilə bilər. İstənilən halda, Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi ciddi şəkildə tələb olunmalıdır.

Bunu da qeyd etmək lazımdır ki, törədilmiş son təxribat rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana indiyədək məhz niyə təhvil verilməməsi məsələsinə də müəyyən qədər aydınlıq gətirir. Belə ki, xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırır, Azərbaycanın isə əksinə, müdafiə imkanlarını məhdudlaşdırır. Deməli, Ermənistanın bu təxribatı da qətiyyən təsadüfi insident kimi təqdim oluna bilməz. Rəsmi İrəvan bu təxribata düşünülmüş şəkildə hazırlıq görüb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu isə həm də mülki əhalinin tələfatına səbəb olur. Buna görə də Ermənistan eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır və hüquqi məsuliyyət daşımalıdır.

Xüusi olaraq qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə milli birlik və həmrəylik mühitinin qorunması və daha da möhkəmləndirilməsi zərurəti strateji əhəmiyyət kəsb edən bir məsələdir. Son vaxtlar erməni təxribatları davamlı olaraq təkrarlanır və onların əhatə dairəsi də genişlənir. Həmçinin təxribatlara cəlb olunan silahlı qüvvələrin kəmiyyətcə artıması da nəzərə alınarsa, yeni hərbi toqquşmalar ehtimalının artdığını deməyə ciddi əsas yaranır. Azərbaycan özünün hərbi qüdrətini artırmaqla və cəmiyyətimizdə milli həmrəylik mühitini gücləndirməklə buna hazır olmalıdır. Azərbaycan ərazilərimizi, hərbi və yaşayış məntəqələrini hədəfə alan düşmənin hərbi birliklərini məhv etməlidir, təxribatlara adekvat cavab vermək məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir. Çünki, 2022-cil 27 iyun tarixində Ölkə Prezidenti cənab İlham Əliyevin Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında dediyi kimi: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə olduğu halda isə, Azərbaycan da öz gücünü daim artırmalı, öz ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini də bu gücün hesabına özü təmin etməlidir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024