Millət vəkili Novruz Aslanovla Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı yeni başçısı Draqana Koiç arasında ikitərəfli görüş keçirilib - FOTOLAR
Tarix: 17-09-2022 | Saat: 07:39
Bölmə:Gündəm | çapa göndər
AzQAC-ın baş ofisində Milli Cəmiyyətin prezidenti, millət vəkili cənab Novruz Aslanov və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı yeni başçısı xanım Draqana Koiç arasında ikitərəfli görüş keçirildi. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi olub. Ənənəvi olan bu görüşdə hər zaman olduğu kimi birgə aparılan tədbirlər, göstərilən qarşılıqlı dəstək qiymətləndirilib və səmərəli təkliflər irəli sürülüb. İki təşkilat arasındakı əməkdaşlığın önəmini çox olduğu vurğulandı və bildirildi ki, istər Fövqəladə Mobil Könüllü Dəstələrin hazırlığı və İlk Yardım və Sağlamlıq, Silahlara qarşı mübarizə, Təhsilə Giriş, Psixososial Dəstək və s. kimi bir çox sahədə qarşılıqlı əməkdaşlığı misal göstərmək olar. Azərbaycana gəlməsindən şad olduğunu qeyd edən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni başçısı xanım Draqana Koiç özü və fəaliyyəti haqqında qısa məlumat verdi və Milli Cəmiyyətlə BQXK arasında gələcəkdə əməkdaşlağın ən yüksək səviyyədə davam edəcəyini bildirdi. Hər iki qurum arasındakı əlaqələri yüksək qiymətləndirdiyini deyən Novruz Aslanov Draqana Koiçə yeni və məsuliyyətli missiyasında uğurlar arzulayıb.
Sonda qonaqlara simvolik xatirə hədiyyələri verilib və xatirə şəkili çəkdirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025