Mobil versiya
Cəbhəboyu rayonlarda 5 ədəd partlamamış hərbi sursat aşkar olunub - FOTO
Tarix: 30-05-2016 | Saat: 21:14
Bölmə:Gündəm | çapa göndər

Cəbhəboyu rayonlarda 5 ədəd partlamamış hərbi sursat aşkar olunub - FOTO





Azərbaycanın cəbhəboyu rayonlarında 5 ədəd partlamamış hərbi sursat aşkar olunub. Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Şıxarx kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 14 000 kv. m ərazi yoxlanılmışdır.

Cəmilli kəndi - 1 əkin sahəsində 7 partlayış yerinə baxış keçrilmiş və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılmışdır.

Ağcabədi rayonu

Hacılar kəndi - 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 13 000 kv. m ərazi yoxlanılmışdır.

Füzuli rayonu

Şükürbəyli kəndi - 6 otlaq sahəsində 6 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 120 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) nəticə etibarı ilə 3 016 kv. m ərazi yoxlanılmışdır.

30 May tarixində 3 ev və həyətyanı sahə, 9 əkin sahəsi, 20 partlayış yerinə baxış keçirilmiş, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd qrad raketinin mühərrik hissəsi, 2 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 38 016 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 30 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 543 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 477 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024