Mobil versiya
Vətən torpağında yaşayan, onun havasını udan, vətənini sevən hər kəs ümummilli məsələlərdə bir olmağı bacarmalıdır
Tarix: 15-09-2022 | Saat: 16:20
Bölmə:Siyasət | çapa göndər

Vətən torpağında yaşayan, onun havasını udan, vətənini sevən hər kəs ümummilli məsələlərdə bir olmağı bacarmalıdır

Bunu bacarmırsa, ən azından susmalıdır. Əslində belələrinin susması göstərə biləcəyi ən böyük dəstəkdir. Bu antimilli ünsürlər nəinki susmur, özlərini ağıllı bilib mənasız fikirlər, fərziyyələr irəli sürürlər. Azərbaycan vətəndaşının onların heç bir məsləhətinə ehtiyacı yoxdur. Cəmiyyətin ağrılı günlərində səslərini kəssinlər, ürək bulandırmasınlar, yetər.

Əli Kərimli guya xalqı düşünür, ordunun az itki verməsi üçün məsləhətlər verir, hakimiyyəti günahlandırır. Siyasi hərislik adamın gözünü elə bağlayıb ki, belə bir vəziyyəti fürsətə çevirərək insafsızcasına siyasi oyuna alət kimi istifadə edir. Ona demək lazımdır ki, işğaldan azad edilən torpaqları vaxtıikən onun da təmsil olunduğu hakimiyyət itirib. Həm də satqınlıqla, xəyanətlə. Vaxtında etdikləri xəyanətlərin nəticəsində Azərbaycan xalqı uzun illər əziyyət çəkib. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra onların etdiyi xəyanətlərin nəticəsində baş verə biləcək daha böyük fəlakətlərin qarşısını ala bilib. Dua eləsinlər ki, onların yarıtmaz siyasətinə görə düşdüyümüz acı durumdan çıxa bilmişik. Məhz Ulu Öndərin siyasi varisi bizi qalib xalqa çevirməklə bu ləkəni üzərimizdən götürməyi bacarıb. Gəlib xalqın qarşısında diz çöksün, yalvarsın ki, etdiyi səhvlər bağışlansın. Bu gün özünü xalq sevdalısı kimi qələmə vermək istəyir. Azərbaycan xalqı isə hər şeyi yaxşı bilir. Ən yaxşısı birdəfəlik siyasətdən getsin və günahlarının bağışlanması üçün ən azından bundan sonra ürək bulandırmasın. Bir məsəl var: “Milçək bir şey deyil, amma ürək bulandırır”. Əli Kərimli adlı xəyanətkar ünsür bu atalar sözündəki milçək kimidir.

Qubad İbadoğlu isə utanmadan deyir ki, hakimiyyət hərbi qulluqçuları və əsgərləri sərhəd toqquşması ilə qırdırır. O, ya bu fikrin məsuliyyətini dərk etmir, ya da ki, ona verilən sifariş belədir. Üstəlik hiyləgər düşmənin elan etdiyi statistikanı əsas tutaraq onların itkilərinin daha az olmasını dilə gətirir və bununla bağlı fərziyyələr irəli sürür. Əli Kərimli də, Qubad İbadoğlu da, siyasi hərisliyinə görə bu kimi addımlar atan digərləri də bir şeyi unudub ki, dövlətə və xalqa qarşı düşmənçilik mövqeləri açıq-aydın görünür.

Qəhrəman övladlarımızın Şəhid olduğu bir dövrdə belə mənasız açıqlamalar hər birimizi bir vətəndaş kimi üzür. Tək kəlmə ilə belələrinə ayıb olsun.
Azərbaycan ordusu güclüdür, Azərbaycanın müzəffər Ali Baş Komandanı var və Azərbaycan xalqı mərddir, vətən üçün canından keçməyə hazırdır. İndiki zamanda hər birimiz bir olmalı, vətənimizin müdafiəsi üçün lazım olan hər şeyi etməliyik. Allah bütün Şəhidlərimizə rəhmət etsin. Onların qanı yerdə qalmır.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024