Mobil versiya
Fəxrəddin Altun: “Bəziləri Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsindən narahatdır”
Tarix: 14-09-2022 | Saat: 11:41
Bölmə:Siyasət | çapa göndər

Fəxrəddin Altun:

“Bəziləri Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsindən narahatdır”.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun BMTM-in dəstəyi ilə onun Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasiminə ünvanladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, Türkiyə müstəqil siyasət yürüdərək beynəlxalq arenada söz sahibi olan ölkəyə çevrilib:

“Bu gün dünya ciddi humanitar böhranla üzləşib. Türkiyə məsum insanlara qapılarını açıb. Pandemiya başlayan zaman bəzi ölkələrin digər ölkələrə qoruyucu vasitələrin aparılmasına əl qoyduğunu xatırlayın. Bəziləri Azərbaycanla əlaqələrimizin güclənməsindən də narahatdır. Bunlar istəyirlər ki, kim nə deyirsə, verək və qurtaraq. Biz hər zaman hüquqdan və ədalətdən yanayıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025