Mobil versiya
Ukraynalı ekspert: Ermənistan Qarabağda yeni hərbi münaqişəyə səbəb ola biləcək təxribatlar törədir
Tarix: 13-09-2022 | Saat: 12:11
Bölmə:Siyasət | çapa göndər

Ukraynalı ekspert: Ermənistan Qarabağda yeni hərbi münaqişəyə səbəb ola biləcək təxribatlar törədir

Ermənistan tərəfi birmənalı olaraq sülh istəmir və Qarabağda yeni hərbi münaqişəyə səbəb ola biləcək təxribatlar törədir. Bir tərəfdən, Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istədiyini bəyan edir və eyni zamanda, demarkasiya xəttində təxribatlar törədir. Nəticədə qarşıdurma baş verir, bu isə regionda vəziyyəti daha da gərginləşdirir.

Bu fikirləri Ermənistan silahlı qüvvələrinin son genişmiqyaslı təxribatları ilə əlaqədar AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko söyləyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan qoşunlarının təxribatlarına cavab verməyə məcburdur.

“Ermənistan qoşunları son bir ayda Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutsa da, Ermənistan tərəfi günahı Azərbaycanın üzərinə atmağa çalışır. Bu vəziyyətdə Azərbaycan qoşunları təxribatlara cavab vermək və Ermənistan ordusunun atəş nöqtələrini məhv etmək məcburiyyətində qalır. Belə vəziyyətdə başqa çıxış yolu yoxdur. Əgər Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatlarına cavab verməsə, bu, onların regionda hadisələri daha da intensivləşdirməsinə gətirib çıxarar. Qarabağ problemi ancaq bu yolla həll oluna bilər ki, Ermənistan öz qoşunlarını bu bölgədən çıxarsın və onlara hərbi təxribat törətməyi qadağan etsin. Nə qədər ki, Ermənistan qoşunları Azərbaycan ərazisini atəşə tutmaqda davam edir, Qarabağda dinc həyat gözləmək olmaz”, - deyə ekspert Aleksandr Oxrimenko əlavə edib.

Emil Hüseynli




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-07-2025