Mobil versiya
Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur
Tarix: 09-09-2022 | Saat: 13:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur

Sentyabr ayının 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) IX Qurultayı keçirilib. Məlum olduğu kimi, bu təşkilat MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. O cümlədən 2004-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da bu nüfuzlu təşkilatın üzvüdür.

Diqqətəlayiq haldır ki, Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman respublikanın həmkarlar ittifaqlarının beynəlxalq təşkilatlarla sıx əlaqələr qurulması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, vətəndaşların sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərən işlərini xüsusi qeyd edib.

Artıq xəbər verildiyi kimi, ÜHİK-nın IX Qurultayı Azərbaycan həmkarları üçün xüsusilə əlamətdar olub. Belə ki, həmin Qurultayda AHİK sədri, Milli Məclisin deputatı cənab Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib. Əminliklə demək olar ki, bu hadisə Azərbaycanın həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin bundan sonra daha da genişlənməsinə səbəb olacaq. ÜHİK-nın vitse-prezidenti seçilməsi münasibətilə hörmətli Səttar Möhbalıyevi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin bütün üzvləri adından, eləcə də şəhərimizin bütün təhsil işçiləri adından ürəkdən təbrik edirik. Bu yeni vəzifədə Səttar müəllimə yeni-yeni uğurlar, daha böyük nailiyyətlər arzulayırıq.

Niyazi Nəcəfov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Şirvan Şəhər Komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025