Deputat: “Siyasi partiyalar haqqında” yeni qanun Azərbaycanda siyasi proseslərə təkan verəcək
Tarix: 09-09-2022 | Saat: 09:51
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda qanunvericilik bazası daim təkmilləşdirilir, yeni qanunlar qəbul olunur, mövcud qanunlara əlavə və dəyişikliklər edilir. Qanunvericilik hərəkətliliyi canlı bir prosesdir. Ötən dövr ərzində qanunvericilik prosesinə nəzər salsaq, bunu aydın şəkildə görərik. Hazırkı dövrdə müzakirəyə təqdim olunan növbəti layihə - “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi kifayət qədər vacib sahəni əhatə edir və ilkin versiya olmasına baxmayaraq, olduqca mütərəqqidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.
Qanun layihəsini mütərəqqi edən amillərdən birinin layihənin hazırlanmasına əksər partiyaların cəlbedilməsi olduğunu diqqətə çatdıran deputat bildirib: “39 siyasi partiya bu layihəyə öz təkliflərini verib. Bu proses layihənin konseptual olmasını şərtləndirən əsas amillərdəndir. Digər məqam isə qanun layihəsi ilə bağlı ictimai dinləmələrin təşkilidir. Artıq Milli Məclisin saytında ictimai dinləmələrlə bağlı məlumat yerləşdirilib. Bu addımın özü ali qanunverici orqanın prosesə demokratik yanaşmasının və bütün maraqlı tərəflərin layihənin müzakirəsinə cəlb olunması istəyinin göstəricisidir. Eyni zamanda, xüsusilə vurğulanmalı məqamlardan biri də hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” Qanunun təqribən 30 il bundan əvvəl qəbul olunmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, qanunvericilik hərəkətliliyi canlı prosesdir. Digər sahələrdə olduğu kimi, burada da əlavə və dəyişikliklərə ehtiyac var. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiyaya qanunvericilik baxımından da dəstək vermək lazımdır”.
Deputat, eyni zamanda, diqqətə çatdırıb ki, yeni layihə hazırlanarkən beynəlxalq təcrübəyə müraciət olunub və bu, növbəti mütərəqqi addımdır. Qeyd edilib ki, “Siyasi partiyalar haqqında” yeni qanun mahiyyət etibarilə Azərbaycanda siyasi proseslərə təkan verəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025