Mobil versiya
Həbsdə olan idmançımız Xocalı faciəsinin 11-ci ildönümündə "Vəhşi" ləqəbli ermənini belə məğlub etmişdi - Video
Tarix: 26-05-2016 | Saat: 17:27
Bölmə:Gündəm | çapa göndər

Həbsdə olan idmançımız Xocalı faciəsinin 11-ci ildönümündə "Vəhşi" ləqəbli ermənini belə məğlub etmişdi - Video






Bu gün, Xocalı faciəsinin baş verdiyi gündən artıq 24 dörd il ötməsinə baxmayaraq xalqımız bu qanlı hadisəni bir an belə unutmayıb.

Qarabağ həsrətini illərlə ürəyində gəzdirən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladlarından biri də Azad Məmmədovdur.

Azərbaycanın qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədov artıq 7 ildir ki, dustaq həyatı sürür.

Bir çox beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldıran idmançı 2003-cü ildə yarışların birində qarşılaşdığı, fiziki göstəricilərinə görə, "Vəhşi" adıandırılan erməni idmançını qısa müddət ərzində məğlub edir.

İdmançılar qarşılaşmazdan əvvəl erməni lobbisi öz idmançısının həm yaşca, həm də çəki etibarilə dəfələrlə Azaddan güclü olmasından istifadə edərək Azərbaycan idmançısının qarşısına ağır şərtlər qoyur.

Onlar azərbaycanlıların qarşısına uduzan tərəfin öz ölkəsinin bayrağını qarşı tərəfə təslim etməsi şərtini qoyurlar. Bu şərtdən sonra gözünə heç bir şey görünməyən Azad Məmmədov özünün də dediyi kimi hər şeyi, hətta kim olduğunu belə unudaraq ancaq bayrağımızın nəyin bahasına olursa-olsun qorunmasını düşünür və heç gözlənilmədən bir neçə dəqiqə ərzində erməni idmançısına qələbə çalır və düşmənin bayrağını ayaqlar altına alır. (Bununla bağlı təqdim etdiyimiz videonun 9-cu dəqiqəsindən izləyə bilərsiniz)

Hər yerdə Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışan Azad Məmmədov 2009-cu ildə ona atılan böhtanlar səbəbilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalçısı olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024