Mobil versiya
Akif Nağının partiyası dövlət qeydiyyatına alındı
Tarix: 06-09-2022 | Saat: 12:42
Bölmə:Siyasət | çapa göndər

Akif Nağının partiyası dövlət qeydiyyatına alındı

Azad Vətən Partiyası dövlət qeydiyyatına alınıb.

Bu barədə aia.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qarabağ Azadlıq Təşkilatı Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul etmiş və partiya olaraq ərazilərimizin azad olunması ilə qazanılmış nailiyyətlərin inkişafını, ölkəmizin dünyada qüdrətli və güclü dövlət kimi möhkəmlənməsini və s. fəaliyyətinin əsas məqsədi kimi müəyyənləşdirib.

Təşkilatın nizamnamə və proqram məqsədlərinin ölkəmiz üçün aktual və əhəmiyyətli olan məsələləri əhatə etməsi və sənədlərin qanunvericiliyə uyğun olması nəzərə alınaraq onun partiya kimi qeydə alınmasına dair Ədliyyə Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilib.

Sentyabrın 6-da sözügedən partiyanın sədri Akif Nağıya nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamə təqdim olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025