Mobil versiya
Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri yüksələn xətt üzrə inkişaf edir
Tarix: 06-09-2022 | Saat: 12:14
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət xətti dövlətimizin və xalqımızın milli maraqlarının təmin olunmasına, müstəqilliyimizin qorunub saxlanılmasına, ölkəmizin beynəlxalq nüfuzunun ildən-ilə yüksəldilməsinə hesablanmışdır. Beynəlxalq siyasi münasibətlər sistemində sürətlə dəyişən güclər balansı Azərbaycanı enerji təhlükəsizliyi sahəsində önəmli aktora çevirmişdir. Bu baxımdan qeyd etməliyik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər yaratmışdır. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Yeri gəlmişkən, Azərbaycanın İtaliya ilə yüksələn xətlə inkişaf edən münasibətləri və xüsusilə Avropanın enerji təhlükəsizliyndə oynadığı rol sentyabr ayının 2-də Cənab Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında öz əksini tapmışdır.

Azərbaycan və İtaliya arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. İki ölkə arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır. Onu da qeyd etməliyik ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın otuz ilə yaxın tarixi var. Beləki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Bu gün bu münasibətlərin fonunda iki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf edir, möhkəmlənir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rola diqqət çəksək görərik ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir. Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Artıq bir il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Həmçinin onu da qeyd etməliyik ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bu məsələyə cənab Prezident İlham Əliyev çıxışında xüsusilə toxunaraq qeyd edib ki, “Bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir”. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindədir. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir. Bu, Azərbaycanın bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında geniş imkanlara sahib olacağının və ciddi oyunçuya çevriləcəyinin əyani göstəricisidir.


Onu da qeyd etməliyik ki, beynəlxalq münasibətlər sistemində sürətlə dəyişən çətin və mürəkkəb siyasi proseslər güc amilinin vacibliyini daha da ön plana çıxarmışdır. Artıq, beynəlxalq hüququn güc amilinə məğlub olduğunu bütün dünya görür. Bəli, dünya sürətlə dəyişir. Artıq dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi, proseslərin necə irəliləyəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu müharibənin sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır.

Əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyevin Liderliyi və uğurlu siyasəti nəticəsində dünyadakı güclərin balansının necə dəyişəcəyindən asılı olmayaraq, Azərbaycan beynəlxalq siyasi münasibətlər sistemində önəmli aktorlardan birinə çevrilmişdir.

Emin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025