Mobil versiya
"Bu faktlar İlham Əliyevin dünyada artan siyasi nüfuzunun nəticəsidir"
Tarix: 03-09-2022 | Saat: 09:40
Bölmə:Siyasət | çapa göndər

"Bu faktlar İlham Əliyevin dünyada artan siyasi nüfuzunun nəticəsidir"

1-2 sentyabr tarixlərində Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri baş tutdu. Azərbaycanın Avropa İttifaqının ən əhəmiyyətli üzvü olan İtaliya ilə iqtisadi-siyasi əlaqələri uğurla inkişaf edir. Ölkə başçısının bu səfəri də ikitərəfli əlaqələrin daha da genişlənmisinə öz töhfəsini vermiş oldu.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, İtaliya səfər çərçivəsində Prezindet İlham Əliyev dövlət rəsmilərilə görüşlərlə bərabər Prezident İlham Əliyevin "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda da iştirak etdi.

1965-ci ildən fəaliyyət göstərən The European House - Ambrosetti İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı şirkətlərindən və beyin mərkəzlərindən hesab edilir. Şirkət Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan The European House - Ambrosetti İtaliya və Avropa şirkətləri üçün mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliyan şirkətlərinin Asiya və Afrikadakı tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir.

İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi şəxsləri Forumun ilk gününə dəvət edilir. Həmin tədbirdə bir sıra hallarda müxtəlif ölkələrdən dövlət və hökumət rəhbərləri, əksər hallarda iqtisadiyyat və maliyyə sahələri üzrə nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, Avropa Komissiyasının üzvləri, nüfuzlu şirkətlərin ən yüksək səviyyəli menecerləri iştirak edirlər.

Prezident İlham Əliyevin dünyadakı artan siyasi nüfuzunun göstəricisidir ki, illərdir davam edən nüfuzlu forumun təşkilatçıları əsas qonaq qismində məhz Azərbaycan Prezidentinə dəvət göndəriblər. Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Bunlara misal olaraq Prince Albert II of Monaco, Kofi Annan, Yasser Arafat, José María Aznar, Silvio Berlusconi, Joe Biden, Richard Cheney, Recep Tayyip Erdoğan, Kraliça Rania Al-Abdullah, François Fillon, Shimon Peres və digər onlarla tanınmış dövlət xadimlərinin, siyasətçilərinin adlarını çəkmək olar.

Sayca 48-ci olan bu dəfəki forumun əsas plenar iclasında Prezident İlham Əliyevi çıxış etdi. Bütün bu faktlar Azərbacyanın və Prezident İlham Əliyevin dünyada artan siyasi nüfuzunun nəticəsidir. Yeni rellıqlar fonunda Azərbaycan və onun lideri bütün dünya tərəfindən diqqətlə qarşılanır və qəbul olunur.

Prezident İlham Əliyev "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı bir sıra məsələlərə toxundu və Azərbaycanın Avropanın enerji təminatının əsas təchizatçılarından biri olduğunu vurğuladı. Beynəlxalq Çernobbio Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycana yalnız böyük şirkətlərin, ayrı-ayrı dövlətlərin deyil, həm də nüfuzlu beyin mərkəzlərinin marağı artır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025