Mobil versiya
Səməndər Məmmədov: Müstəqillik tariximizin şanlı səhifəsi
Tarix: 31-08-2022 | Saat: 11:21
Bölmə:Siyasət | çapa göndər

Səməndər Məmmədov: Müstəqillik tariximizin şanlı səhifəsi


Əlli ildən artıq bir müddətdə Azərbaycan Respublikası Ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, qətiyyətli siyasi iradəsi,fədakarlığı,əzmkarlığı nəticəsində tarixi bir yol keçmiş, saysız – hesabsız uğurlara imza atmışdır. Ulu Öndər Heydər Əliyev taleyin ona bəxş etdiyi fitri istedadını, qüvvə və bacarığını ölkəmizin inkişafına, tərəqqisinə həsr etmişdir. Dahi şəxsiyyət özünün xilaskarlıq missiyasını uğurla həyata keçirmiş, dövrün tələblərini və real inkişaf ənənələrini vaxtında dərk edərək xalqımızın milli maraqlarını təmin etmiş, müdrik ideyalarını millətin strateji inkişaf konsepsiyasına çevirərək onun dünya miqyasında özünəməxsus yer tutmasına yol açmışdır. Müxtəlif ictimai-siyasi formasiyalarda Respublikamıza şərəflə, ləyaqətlə rəhbərlik edərək xalqımızın istək və arzularını gerçəkləşdirmişdir.

Müdrik dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqillik yolunun təməlini qoymuşdur. Ulu Öndər demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval – ruhiyyəsini, tələblərini nəzərə alaraq götür – qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ümummilli Lider Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etdi, blokada şəraitində olmasına baxmayaraq, gələcək inkişafın böyük təməllərini qoydu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük dövlətçilik təcrübəsinə malik olan müdrik siyasət nəhənginin ölkənin ictimai – siyasi həyatında yaxından iştirak etməsinə şərait yaratdı. Dahi Heydər Əliyevin xalq deputatı kimi fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən şanlı səhifələrindən biridir.

Orta və yaşlı nəslin nümayəndələri həmin çətin dövürü yaxşı xatırlayırlar. Ötən əsrin sonlarına doğru Sovetlər Birliyi kimi nəhəng imperiyanın süquta uğraması vəziyyəti daha da mürəkkəbləşdirmişdir. O dövürdə baş verən ölkədaxili və regional siyasi prosseslər Azərbaycanı da uçrumun kənarına gətirib çıxarmış, mənfur Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdir. Azərbaycandan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Qarşıda duran əsas vəzifə isə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Buna görə də Türk dünyasının böyük oğlu Ali Məclisin Sədri kimi vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində Muxtar Respublikada ilk Milli Ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz,Naxçıvanda qoyulmuşdur. Mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə Ümummilli Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır. Xüsusi qeyd etmək lazımdır ki, Ulu Öndərin Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Muxtar Respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də Ümummilli Liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal - qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1991 – 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu məktəb ölkəmizin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirmişdir. Müdrik dövlət başçısı qısa müddət ərzində ölkədə baş alıb gedən özbaşnalığı aradan qaldırdı, qanunun aliliyi təmin olundu. Qürurverici haldır ki, indi Azərbacan Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən – günə inkişaf edir, beynəlxalq aləmdə mövqelərini daha da gücləndirir, yeni – yeni uğurlara, qələbələrə imza atır. Bu yolun təməli isə 3 sentyabr 1991-ci ildə qoyulmuşdur. Əminliklə qeyd etmək lazımdır ki, bu yol Müstəqil Respublikamızı xoş ,firavan gələcəyə aparır.

Səməndər Məmmədov
YAP Qazax rayon təşkilatı Magistral Qaz Kəmərləri Sahəsi
ərazi partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024