Mobil versiya
Deputatlar yay tətilindən qayıtdılar
Tarix: 30-08-2022 | Saat: 09:39
Bölmə:Siyasət | çapa göndər

Deputatlar yay tətilindən qayıtdılar

Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.

aia.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il sentyabrın 30-u cümə gününə təsadüf etdiyindən həmin gün parlamentin payız sessiyasının ilk iclası keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025