Mobil versiya
Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü
Tarix: 29-08-2022 | Saat: 14:56
Bölmə:Gündəm | çapa göndər

Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü

Bakıda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən yol qəzası baş verib.

aia.az qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.

İnsidenti törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Qeyd edək ki, qəzada vəfat edən 30 yaşlı N.Məmmədli "Bakumoz" kitab evinin sahibidir. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun "28 May" və "Neftçilər" stansiyaları yaxınlığında fəaliyyət göstərir.

O, 3 ildir ki, ailəli imiş.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025