Mobil versiya
Deputat: Laçın dəhlizi bundan sonra xalqlar arasında sosial, mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək
Tarix: 27-08-2022 | Saat: 11:17
Bölmə:Siyasət | çapa göndər

Deputat: Laçın dəhlizi bundan sonra xalqlar arasında sosial, mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək

2020-ci il noyabrın 10-da özündə doqquz bəndi əks etdirən Bəyanatın Rusiyanın iştirakı ilə imzalanması bir tərəfdən Ermənistanı kapitulyasiyaya məcbur etdi, digər tərəfdən Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.

Bəyanatın daha vacib məqamlarından biri isə insan tələfatının, qan tökülməsinin qarşısının alınması, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə insanların yaşamaq hüququnun təmin olunması, beynəlxalq mədəni əlaqələri, iqtisadi, sosial və ekoloji təhlükəsizliyi təmin etməsidir.

Azərbaycan Respublikasının əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses isə öz növbəsində ölkəmizlə yanaşı, regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək.

Bunu açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev söyləyib.

Onun sözlərinə görə, imzalanmış bəyanatın 6-cı bəndində Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası ilə bağlı anlaşmanın qəbul olunması bu ərazilərdən didərgin salınmış həmvətənlərimizin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım idi.

“Bu dəhliz, eyni zamanda, bunda15n sonra xalqlar arasında sosial, mədəni əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək, insanların gələcəklərinin daha etibarlı olmasına və rifah içində yaşamalarına şərait yaradacaqdır.

Lakin, görürük ki, xalqların təhlükəsiz şəraitdə, sülh içərisində birgə yaşamasına töhfə olacaq yeni yolun inşası ilə bağlı Azərbaycan tərəfindən ardıcıl və sürətli addımlar atıldığı halda, Ermənistan tərəfi öz ərazisindən keçən hissənin tikintisini heç bir səbəb olmadan uzadır. Bu, Ermənistanın hər zaman olduğu kimi həm beynəlxalq müstəvidə, həm də 10 noyabr bəyanatına əsasən götürdüyü öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasının bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq, o cümlədən humanizm, yüksək mədəniyyət, konstruktivlik nümayiş etdirərək yerli erməni əhalinin təhlükəsizliyi və məişət problemlərini nəzərə aldı, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 kilometrlik müvəqqəti yolun istifadə olunmasına razılıq verdi. Sözsüz ki, yerli erməni əhalisi baş verən proseslərin şahidi olaraq bundan sonra Azərbaycanın irəli sürdüyü şərtlər altında azərbaycanlılarla sülh içərisində yaşamaqda öz mənafelərini görürlər”, - deyə Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, 2022-ci il avqustun 26-da Prezident İlham Əliyevin tviter hesabında Laçın şəhərinə qayıdışla bağlı etdiyi paylaşım, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Laçın şəhərinə daxil olması, habelə Zabux və Sus kəndlərini nəzarətə götürməsinə dair Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevə edilmiş məruzə, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpası, eyni zamanda, on minlərlə məcburi köçkünün tezliklə öz doğma, dədə-baba yurdlarına qayıtması üçün şərait yaradacaqdır.

Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və regionda artıq yeni reallıqların mövcud olduğunu bir daha açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.

Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təkbaşına icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlət və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024