Mobil versiya
Azərbaycan öz ərazi bütövlüyünü təmin edir:Laçın həsrəti bitdi
Tarix: 27-08-2022 | Saat: 09:36
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan öz ərazi bütövlüyünü təmin edir:Laçın həsrəti bitdi

Qırx dörd gün davam edən və şanlı Qələbə ilə bitən Vətən müharibəsi bu gün də siyasi, diplomatik müstəvidə davam edir. Azərbaycan ötən müddət ərzində addım-addım öz mühüm vəzifəsinə doğru irəliləyir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, ordumuzun rəşadəti sayəsində tədricən məqsədlərimizə nail oluruq. Bu gün artıq Laçındayıq, Zabuxdayıq, Susdayıq!

Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ifadə edib.

Bu xüsusi gündə xalqımızı, laçınlıları təbrik edən deputat deyib: “Biz böyük minnətdarlıq hissi ilə bütün şəhidlərimizi yad edir, qazilərimizə cansağlığı, müharibə iştirakçılarına, rəşadətli Ordumuza təşəkkür edirik. Azərbaycan bundan sonra daha da inkişaf edəcək, xalqımız öz əzəli torpaqlarına qayıdacaq. Biz bu gün çox xoşbəxtik, çünki öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, eyni zamanda, Qarabağımızın əsrarəngiz guşəsi olan Laçına qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq.

Tarix də sübut edirik biz haqlı mübarizə aparırıq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycan öz gücünə yerinə yetirdi. İqtisadi imkanlarımız artmadan buna nail olmaq çətin olardı. Güclü ordu, işğaldan azad edilən ərazilərimizin yenidən bərpası, 30 ilə yaxın öz Vətənlərində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın doğma yurdlarında firavan və təhlükəsiz yaşaması üçün iqtisadiyyatımızın inkişafı mühüm məsələ idi. Müharibənin bitməsindən keçən qısa müddətdə bu qədər yolun, körpünün, tunelin inşası, sosial infrastrukturun qurulması, kəndlərin, şəhərlərin salınması, tarixi-dini irsimizin bərpa edilməsi, beynəlxalq hava limanlarının tikilməsi - bütün bunlar ölkəmizin iqtisadi potensialından, xalqımızın qurub-yaratmaq əzmindən xəbər verir”, - deyə H.Hüseynova qeyd edib.

O vurğulayıb ki, Azərbaycan həm də məsuliyyətli, ləyaqətli dövlət olduğunu bütün dünyaya sübut etdi. Belə güclü Azərbaycanla dünya ölkələri, beynəlxalq təşkilatlar da əməkdaşlıq etməyə hazırdır.

Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ölkəmizin iqtisadi, siyasi üstünlüyü, dövlət başçımızın qətiyyəti, iradəsi açıq-aydın görünür. Prezident İlham Əliyev elə müdrik və mükəmməl siyasət həyata keçirir ki, qarşı tərəf nə qədər əngəl, maneə yaratmaq istəsə də, heç nəyə nail ola bilmir və bilməyəcək. Çünki Ermənistan üzərinə öhdəlik götürüb və onu da yerinə yetirməlidir. Qeyd edilməlidir ki, yeni yolun marşrutu üçtərəfli Bəyanata uyğun olaraq müəyyənləşdirilib və razılaşdırılıb. Bu yolun digər mühüm əhəmiyyəti ondan ibarətdir ki, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması oradan didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsinə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaq.

“Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə” beynəlxalq hüququn, ədalətin bərpasıdır. Belə ki, 1994-cü ildə həmin ərazilərdə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür və Cenevrə konvensiyalarının ciddi pozuntusuna yol verilmişdir. Buraya köçürülən erməni ailələri heç zaman Qarabağda, hətta Ermənistanda belə yaşamayıblar. Onlar Suriyada, Livanda yaşayan ermənilərdir. Ona görə də qarşı tərəfin apardığı bu qanunsuz məskunlaşma siyasəti müharibə cinayət olmaqla bərabər Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Biz bu faktdan yararlanmalı və müvafiq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq.

Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik”, - deyə komitə sədri fikirlərini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024