Mehriban xanım Əliyevanın fəaliyyəti dövlətimizin daha da qüdrətlənməsinə misilsiz töhfələr verməkdədir
Tarix: 25-08-2022 | Saat: 20:00
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli hər zaman xüsusi yer tutub. Bu gün də ölkənin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqət mərkəzində saxlayır, onların qayğısına qalır.
Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan bir qurumdur. Mehriban xanım Əliyevanın bacarıqlı təşkilatçılığı, üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində Fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq təşkilatlarda böyük hörmət qazanmışdır. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. O cümlədən Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib. Qazi və şəhid ailələrinin problemlərinin həlli hər zaman diqqətdə olmuşdur. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı bu insanlar üçün böyük önəm kəsb edir. Həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin effektiv şəkildə həyata keçirilməsində də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi önəm kəsb edir.
Heydər Əliyev Fondunun fəaliyyətində son dərəcə vacib istiqamətlərdən biri də təhsilin inkişafı, əhalinin maarifləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, türkçülük, azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi istiqamətində nəşrlərin çap etdirilməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, ərazi bütövlüyünə qəsd edilən və bir milyon qaçqın-köçkünü olan ölkə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ilk dəfə ulu öndərimiz Heydər Əliyevin gərgin səyi nəticəsində nail olunmuşdur. Onun bu vətənpərvər və şərəfli işini Heydər Əliyev Fondu ləyaqətlə davam etdirib. Fondun ən uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan və ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Ümumiyyətlə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində hər zaman məqsədyönlü iş aparılıb və bu proses indi də davam edir. Ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.
Birmənalı olaraq demək lazımdır ki, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də respublikamızın hüdudlarından kənarda, bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Səfər İsmayılov,
Lənkəran rayon 1 saylı notariat ofisinin rəhbəri, xüsusi notarius
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-01-2025