Mobil versiya
Ukraynada azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb
Tarix: 26-08-2022 | Saat: 10:08
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ukraynada azı 30 azərbaycanlının evi və ya obyekti dağılıb

Ukraynada genişmiqyaslı müharibə dövründə azı 30 azərbaycanlının evi və ya iaşə obyekti tamamilə dağılıb.

aia.az xəbər verir ki, "report.az"ın araşdırması nəticəsində bu il fevralın 24-dən Rusiyanın Ukraynada apardığı müharibə müddətində azərbaycanlılara dəyən zərərin bir qismi məlum olub.

Belə ki, əsasən, Ukraynada hazırda da raket zərbələrinə məruz qalan Xarkov, Çerniqov, Sumı, Donetsk, Luqansk, Nikolayev, Dnepropetrovsk, Zaporejye vilayətlərində, o cümlədən mart ayında Kiyev vilayəti ətrafında şiddətli döyüşlər zamanı azərbaycanlılar da mülki itkilərə məruz qalıb.

Bu bölgələrin sakini olduğu müəyyən edilən 30 azərbaycanlının evi və ya digər formada xüsusi mülkiyyəti raket və mərmi zərbələri nəticəsində dağıdılaraq məhv edilib.

Qeyd edək ki, bu, "Report"un Şərqi Avropa bürosuna bu vaxta qədər məlum olan statistik məlumatlardır və arta biləcəyi istisna deyil.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025