ZƏFƏRİMİZİ HƏZM EDƏ BİLMİRLƏR!
Tarix: 26-08-2022 | Saat: 09:14
Bölmə:Gündəm | çapa göndər
Xalqımızın gözəl,məntiqli atalar sözləri çoxdur. Onlardan birində çox işlənən “Görünən dağa nə bələdçi”kəlamıdır. Yeni Azərbaycan Partiyası da belə dağlardan, zirvələrdən ən möhtəşəmidir. Kimsə bu partiya haqqında əskik danışsa, deməli onun təfəkküründə qüsur var. Partiyamız tənqidə dözümlü, demokratik əsaslara söykənərək, Ümumilli Liderimiz Heydər Əliyevin dühasından bəhrələnərək, ölkəmizin mütəfəkkir fikirli, əsil xalqını sevən ziyalılarımızın təkidi və tələbi ilə yaradılmışdır.Ötən 30 ildə partiyamız bir çox qələbələrə imza ataraq, sözün həqiqi mənasında ümümxalq partiyasına çevrilib.Görünür ki, bunu həzm etməyənlər var.
Yeni Azərbaycan Partiyasının Lideri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Komandanın gördüyü işlər, Xalqın gözünün qabağındadır.
44 günlük Vətən Müharibəsi zamanı Rusiyanın məşhur fikir adamı Aleksandr Dugin Ölkəmizin Prezidentini bir nömrəli siyastçi adlandırmışdır:
" Əliyev bu müharibənin qəhrəmanıdır, tarixə düşən əsl qəhrəmanadır. Son illərdə heç kim Əliyev kimi belə möhtəşəm şəkildə öz xalqı və ölkəsi üçün, ölkə maraqlarını reallaşdırmayıb."
Xalqımız dəmir yumruq kimi birləşdiyi 44 gün ərzində, məşhur Zəfər Paradında hardaydı Pənahlı Nemət, indi 'zühur" edib. Nə dediyinin özü də fərqində olmayan bir ünsürün sözünə fikir verməmək də olardı. Amma ötən əsrin 90-cı illərində ilişib qalmış Pənahlını sirkələyib oyatmaq lazımdır ki, artıq Azərbaycan, qalib ölkədir, xalqımız qalib xalqdır.
Artıq əleyhinə danışdığı YAP, Zəfərdən 4 ay sonra özünün 7-ci Qurultayını keçirməklə, yeni nizamnaməsini və proqramını qəbul etdi. Ciddi sturuktur dəyişiklikləri etmişdir. YAP-ın keçmişi də, bu günü də fəxr ediləsidir. Bu gün meydanlarda sadə xalq kütləsinə "oturun-durun" deyən, idman müəllimi, səviyyəsi olmayan Pənahlı Nemətə heç ehtiyacımız yoxdur. Bu gün xalqın güclü siyasi iradəyə, dediyi sözün ağası olan, son 500 ildə xalqın yaşamadığı sevinci yaşadan güclü Liderə ehtiyacı var. Və o Lider İlham Əliyevdir, Müzəffər Lider, sözü bütöv Lider, Qalib Sərkərdə.
Qərəz, Nemət Pəmahlı dövrü çoxdan bitib.
Biz keçmiş məcburi köçkünlər Pənahlı kimi səriştəsizlərin qurbanı olmuşdur. Artıq biz yalanlara inanmırıq.
Biz Qalib Sərkərdənin yanındayıq.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-01-2025