Mobil versiya
"Ödənişli yolda avtomobillərin çəkisi üçün tərəzilər quraşdırılır" - Saleh Məmmədov
Tarix: 25-08-2022 | Saat: 11:52
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Ödənişli yolda avtomobillərin çəkisi üçün tərəzilər quraşdırılır" -

Azərbaycanda tikilməkdə olan ilk ödənişli magistral avtomobil yolunda tikinti işləri yekunlaşmaq üzrədir.

aia.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, ölkənin ilk ödənişli Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunda hazırda tikinti işləri ilə paralel olaraq turniketlər quraşdırılır.

"Artıq tamamlanma işləri gedir. Hazırda son 27 kilometrlik hissənin asfaltlanması işləri aparılır. Yolun qalan hissəsinin asfaltlanması başa çatdırılıb. Yolun ödənişli olması üçün nəzarət buraxılış məntəqələri və turniketlər quraşdırılır. Həmçinin yollarda ağır tonluq yük maşınlarının çəkisinin müəyyənləşdirilməsi üçün tərəzilər quraşdırılır. Öhdəlik götürmüşük ki, ilin sonuna qədər işlər tam yekunlaşdırılacaq və yol istifadəyə veriləcək",-S. Məmmədov deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025