Mobil versiya
AzTV-nin xalis zərəri 10% artıb
Tarix: 25-08-2022 | Saat: 10:52
Bölmə:Gündəm | çapa göndər

AzTV-nin xalis zərəri 10% artıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ili 1,995 milyon manat xalis zərərlə başa vurub.

aia.az-ın məlumatına görə, bu barədə qurumun maliyyə hesabatından aydın olub.

Sözügedən rəqəm 2020-ci ilə nisbətən 9,7% çoxdur.

Ötən il AzTV-nin gəlirləri 34,846 milyon manat (əvvəlki ilə nisbətən 1,4 % çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 31,141 milyon manat (0,5 % çox), birja əməliyyatlarından gəlirləri 699 min manat (80,6% çox), sair əməliyyat gəlirləri isə 5 min manat (əvvəlki il olmayıb) təşkil edib.

İl ərzində səhmdar cəmiyyətin xərcləri isə 36,817 milyon manat (1,8 % çox), o cümlədən sərf etdiyi materialların dəyəri 0,991 milyon manat (42% çox), əməkhaqqı xərcləri 21,485 milyon manat (4,4% çox), amortizasiya xərcləri 3,366 milyon manat (25,6% az), sair əməliyyat xərcləri isə 10,976 milyon manat (5,9 % çox) təşkil edib.

2021-ci ildə AzTV 23 min manat mənfəət vergisi ödəyib ki, bu da 2020-ci illə müqayisədə 6,1% azdır.

Bu il yanvarın 1-nə səhmdar cəmiyyətin aktivləri 24,292 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 3,8% azalaraq 1,012 milyon manata düşüb, balans kapitalı isə 0,6% artaraq 23,28 milyon manata çatıb.

Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı isə 10,725 milyon manatdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025