Mobil versiya
Saxta dondurmanı necə tanıyaq? - RƏSMİ AÇIQLAMA
Tarix: 24-05-2016 | Saat: 15:40
Bölmə:Gündəm | çapa göndər




Dondurma mövsümlə əlaqədar ən çox istehlak olunan qida məhsullarından biridir. Dondurma alarkən onun miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma alarkən diqqət edilməli olan məqamlar haqqında BAKU.WS-ə məlumat verib. İstehlakçı hüququnun qorunması üçün dondurma alarkən etiketində aşağıdakı məlumatların olmasına diqqət yetirməyi unutmayın:

- istehsalçının adı və ünvanı;

- məhsulun adı;

- qida əlavələri daxil olmaqla tərkibi;

- xalis kütləsi;

- malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatın və ya digər texniki normativ sənədin işarəsi;

- istehsal tarixi, yararlılıq müddəti və saxlanma şərtləri;

- qida dəyərliliyi (kaloriliyi, zülalın, yağın, karbohidratların, vitaminlərin, makro və mikro elementlərin miqdarı);

Üzərində istehsal və saxlama müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, turşumuş, qıcqırmış, kif iyi və tamı verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur.

Unutmayın ki, sağlamlığınız öz əlinizdədir. Dondurma alarkən onun hansı şəraitdə saxlandığına, məhsulda yuxarıda qeyd olunan keyfiyyətsizlik əlamətlərinin müşahidə edilib-edilmədiyinə fikir verin.

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024