Mobil versiya
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Zaqatala şəhərində vətəndaşlarla görüşüb
Tarix: 19-08-2022 | Saat: 18:18
Bölmə:Siyasət | çapa göndər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Zaqatala şəhərində vətəndaşlarla görüşüb

AİA.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir. Cari ayın cədvəlinə uyğun olaraq avqustun 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Zaqatala şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi hörmətlə yad edilib. Komitə sədri Anar Quliyev Ulu öndərin ömür yolunu və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub.

Şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həll edilib, digərlərinin araşdırılması məqsədilə aidiyyəti üzrə yönləndirilib.

Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024