Mobil versiya
MN: "Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər"
Tarix: 18-08-2022 | Saat: 11:31
Bölmə:Siyasət | çapa göndər

MN:

Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandaları iştirak edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024