Mobil versiya
Kəlbəcər, Laçın və Zəngilan rayonlarında kənd təsərrüfatı üçün münbit iqlim və təbii şərait var
Tarix: 17-08-2022 | Saat: 10:01
Bölmə:Siyasət | çapa göndər

Kəlbəcər, Laçın və Zəngilan rayonlarında kənd təsərrüfatı üçün münbit iqlim və təbii şərait var

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, qalib ordumuzun qüdrəti və qəhrəman vətənoğullarının rəşadəti hesabına 30 il erməni vandallarının tapdağında qalan doğma torpaqlarımız işğaldan azad olunmuşdur.

Düşmən tör-töküntülərindən təmizlənmiş ərazilərimizdə kənd təsərrüfatının bərpası və inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdən biridir. Ərazisinə görə Respublikamızın ən böyük rayonu olan Kəlbəcərdə heyvandarlıq üçün mühüm əlverişli şərait var. Respublikamızın dilbər guşələrindən biri olan Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları hələ sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olmuşdur. Baxmayaraq ki, erməni vandalları həmin əraziləri tərk edən zaman bütün qurğu və tikililəri yandıraraq yerlə yeksan etmişlər, mətin və əzmkar vətəndaşlarımız tətəfindən hazırda heyvandarlıq və arıçılq üçün Kəlbəcər rayonunun yaylaqlarına köçlər başlanıb və onlarla qoyunçuluq və arıçılıq təsərrüfatları məskunlaşmışdır.

Azad olunan torpaqların hər birinin özünəməxsus füsunkar təbiəti var. Qarabağın cənubunda İranla həmsərhəd yerləşən Zəngilan rayonu isə, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan təbiəti xüsusi olaraq fərqlənir. Rayonun ərazisindən hazırda Araz, Həkəri, Bəsitçay və Oxçuçay kimi böyük, saf sulu çaylar keçir. Su baxımından bol olan bu rayon əkinçilik üçün perspektivlidir. Rayonda müxtəlif meyvələr, tərəvəzlər və əsasən də tütün və üzüm yetişdirilməsi üçün münbit şərait vardır. Bununla yanaşı Zəngilan rayonu həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvandarlığın inkişaf etdirilməsi üçün ixtisaslaşmışdır. Zəngilan rayonu ölkəmizin kənd təsərrüfatında əhəmiyyətli rolu olduqca böyükdür.

Respublikanın cənub-qərbində, Kiçik Qafqaz dağlarının şərqində Ermənistan ilə sərhəddə yerləşən Laçın rayonu isə dağlar və dağlıq yaylalardan ibarətdir. Rayonun əsas meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilsədə, hal hazırda abadlıq quruculuq işləri aparılır və əvvəlki füsunkar vəziyyətinə qayıtması üçün lazımi addımlar atılır. Əsasən kənd yerlərində məskunlaşmış rayon əhalisinin məşğuliyyəti kənd təsərrüfatı olmuşdur. Əsas məşğuliyyət isə taxılçılıq və meyvəçilik kimi sahələr idi. Laçın rayonunda Alagöllər, İşıqlı və Qaragöl kimi göllər yerləşir ki, bu da kənd təsərrüfatının inkişafı üçün əsas amillərdən biridir. Alxaslı, Şəlvə və Minkənd çayları birləşərək Zəngilandan axan Həkəri çayını yaradır və buda böyük Araz çayına birləşir. Ümumiyyətlə on bir iqlim qurşağından doqquzunun Azərbaycanda olması ölkəmizin zəngin təbiətinin olmasını şərtləndirir.

Bütün bunlar deməyə əsas verir ki, yaxın vaxtlarda azad olunmuş bütün ərazilərlə birlikdə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında da vətəndaş məmnunluğuna xidmət edən bütün zəruri infrastruktur qurulacaq, kənd təsərrüfatı inkişaf edəcək, doğma yurdlarımız öz sahiblərinə qovuşacaq!

Cavid Əsgərzadə
YAP Göygöl rayon təşkilatının məsləhətçisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024