"Milli təhlükəsizliyə yönəlik çağırışlarla bağlı qəti addımlar atılıb, bundan sonra da atılacaq" - Baş Prokuror
Tarix: 10-08-2022 | Saat: 12:03
Bölmə:Manşet / Siyasət | çapa göndər
"Zaman-zaman hesab edirəm ki, belə görüşlərə ehtiyac var. Heç kim deməsin ki, biz bu gün jurnalistlərə nəsə öyrətmək üçün yığışmışıq. Bu, qətiyyən belə deyil".
AİA.Az APA-ya istinadən bildirir ki, bunu Baş prokuror Kamran Əliyev "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, biz hamımız dövlətin siyasətini dəstəkləyirik, dövlətin inkişafı üçün hər kəs öz işini məsuliyyətlə yerinə yetirməlidir: "Gələcəkdə intensiv fəaliyyətlə məşğul olmalıyıq demək, o demək deyil ki, biz deyəni yazmalısınız və ya siz yazana dərhal reaksiya verməliyik. Məqsədimiz odur ki, bəzi boşluqları aradan qaldıraq. Milli təhlükəsizliyə yönəlik çağırışlar edilirsə, prokurorluq öz fəaliyyətinə uyğun qəti addımlar atmalıdır. İndiyə qədər atılıb və bundan sonra da atılacaq. Bizim bu fəaliyyətimizi bəzi media nümayəndələri birmənalı qarşılamır. Qanun pozuntusu baş vermək üzrə olduğu halda vaxtında müdaxilə etməyimiz bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən neqativ qarşılanır. Xəbərdarlıqlar o zaman edilir ki, daha ciddi qanun pozuntusunun qarşısını alaq. Xəbərdarlıq prokurorluğun fəaliyyət sferasına daxil olan addımlardan biridir".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2024
19-05-2024
18-05-2024
17-05-2024