Mobil versiya
Gücümüz birliyimizdədir
Tarix: 04-08-2022 | Saat: 13:41
Bölmə:Siyasət | çapa göndər

Gücümüz birliyimizdədir

Baş verən son hadisələr bir daha göstərdi ki, Ermənistan sülhü deyil, təxribatlara davam etmək yolunu seçib. Prezident İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi ki, ən kiçik təxribatın qarşısı belə çox qətiyyətlə alınacaq. 44 günlük müharibədən əvvəlki dövrdə də Azərbaycan Ermənistana dəfələrlə eyni xəbərdarlıqları etmişdi. Ancaq Ermənistan nəticə çıxarmamışdı.

Son baş verən hadisələr bir daha təsdiq etdi ki, Ermənistan baş verənlərdən yenə nəticə çıxarmayıb, eyni yolda davam etmək niyyətindədir. Ermənistan təxribatlara son qoymayana kimi vəziyyət belə davam edəcək. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir.

Son hadisələrdən sonra Ermənistan tərəfi gah Rusiyanı, gah da beynəlxalq qurumları Azərbaycanın “aqressiya”sının qarşısını almamaqda ittiham edir. Belə çıxır ki, hamı günahkardır, Ermənistandan başqa. Heç şübhəsiz ki, bu, xəstə təxəyyülün növbəti təzahürüdür. Ermənistan günahı yalnız özündə axtarmalıdır.

Baş verənlər həm də onu göstərir ki, “dəmir yumruq” hər zaman hazır olmalı, xalqımız birliyini və həmrəyliyini daim qorumalıdır. Hərb meydanında uduzan ermənilər informasiya müharibəsində üstünlük qazanmağa davamlı cəhd edəcəklər. Düşmənə heç bir fürsət verməməliyik. Gücümüz birliyimizdə və həmrəyliyimizdədir.

Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu növbəti dəfə Ermənistan ordusuna layiqli cavab verdi, şəhidlərimizin qanı yerdə qalmadı. Allah Ali Baş Komandanı, rəşadətli Azərbaycan ordusunu və xalqımızı qorusun, birlik və həmrəyliyimizi əbədi etsin.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024