Mobil versiya
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Məhəllələrarsı futbol" yarışılarına start verilmişdir.
Tarix: 02-08-2022 | Saat: 20:40
Bölmə:İdman | çapa göndər

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Məhəllələrarsı futbol" yarışılarına start verilmişdir.

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən məhəllələrarası futbol yarışları üzrə pilot layihənin icrasına Xəzər rayonunda start verilmişdir. Belə ki, Xəzər rayonunun Buzovna qəsəbəsində R. İmanov 4 və M. Sübhi 2a saylı yaşayış binalarını əhatə edən məhəllədə məhəllələrarası futbol yarışı keçirilmişdir. Yarışda 2010-2011-ci il üzrə yeniyetmələr mübarizə aparmışdır.

Turnirdə Xəzər rayonundan seçilmiş millət vəkili Rauf Əliyev və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev iştirak ediblər. Qalib komandalar Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.

Yarışların əsas məqsədi yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır. Qeyd edək ki, Məhəllələr arası futbol yarışlarının Xəzər rayon qəsəbələrində silsilə şəkildə keçirilməsi planlaşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024