Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi
Tarix: 27-07-2022 | Saat: 12:28
Bölmə:Siyasət | çapa göndər

Məlum olduğu kimi, dil hər bir millətin varlığını müəyyənləşdirən amillərdən biridir. Bu baxımdan hər bir millət özünün dilinin mühafizəkarı olmalıdır. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra yaradılan imperiya respublikalarda milli dili dövlətin vahid dilindən – rus dilindən sonraya keçirmişdi. Sovet imperiyasının dil siyasəti belə idi, on illərlə, daha dəqiq desək, 1991-ci ilə kimi belə davam etdi. Hələ sovetlər dönəmində müttəfiq respublikalarda dil məsələsinə xüsusi diqqət yetirilirdi: Mockva rus dilinin hegemonluğunu saxlamağa, respublikalar isə milli dilini fəallaşdırmağa çalışırdı. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında Konstitusiya layihəsi olunan zaman Ulu Öndər Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olmasını təklif etmiş, onun ciddi təkidi ilə bu təklif 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Xüsusi vurğulamalıyıq ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini dahiyanəliklə, Azərbaycançılığın təntənəsi olmaq etibarilə belə qorumuşdu. Hər bir xalq tarixən müəyyən milli dəyərlərə malik olur. Onları formalaşdırır, yaşadır. Milli dəyərlərin ən gərəklisi onun dilidir. Dil sosial həyatın yaşam vasitələrindən biiri kimi həmişə gərəkli olub. Digər tərəfdən, dil həm də dövlərləraarsı münasibtlərin qurulmasında başlıca amillərdən bidiridir. Heç bir dövlət milli dilinə ehtiramla yanaşmayan dövlətlə dostluq münasibətləri qurmaq istəməz. Azərbaycan dilinin incəliklərini mükəmməl bilən Ulu öndər dövlət idarəçiliyi sistemində işləyənlərdən də bunu tələb edirdi. Bunu dövlətə sevginin təzahürü, təsdiqi kimi dəyırləndirirdi.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında nitqində yüksək sevgi ilə xüsusi olaraq vurğulamışdır ki, “Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədinin təzahürü idi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.
Qeyd edək ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.
Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş, Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunua əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında dediyi kəlamlar tarixən yaşadılacaqdır: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”; “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”; “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
Ümummilli Lider Heydər Əliyevin qəlbindən süzülən bu tarixi kəlamlar Azərbaycan dövlətçiliyinə, Azərbaycan dilinə sevginin, azərbaycançılıq ideologiyasını yaşatma niyyətinin təzahürüdür. Ulu Öndər Heydər Əliyev bu sevgi ilə və bu niyyətlə Müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi və Azərbaycan dilinin əbdiyaşarlığını təmin etdi.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025