Vaşinqton "ölü"nü niyə dirildir?
Tarix: 26-07-2022 | Saat: 12:54
Bölmə:Dünya | çapa göndər
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilərək təsbitlənməsi, sərhədin demarkasiya və delimitasiyası, iki ölkə arasında münasibətlərin qurulması və ən nəhayət, yekun sülh sazişinin imzalanması - bu, Cənubi Qafqazda onilliklərdən bəri gözlənilən sülhlə stabilliyin bərqərar olması deməkdir.
2020-ci ilin noyabrın 10-dla Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla başa çatmış 44 günlük İkinci Qarabağ Müharibəsi bölgədə yeni geosiyasi reallıqlar formalaşıb.
Bunu bölgə dövlətləri ilə yanaşı, böyük güclər də etiraf edirlər və situasiyaya uyğun davranırlar.
Dünən ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı və müzakirə olunan məsələlər də rəsmi Bakının bölgədəki proseslərin lokomotivi olduğunu göstərir.
Belə ki, E.Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirdi.
Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.
E.Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə etdi.
Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olundu.
Sonra dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirdi və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkdi.
Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirdi.
Azərbaycan Prezidentinin mətbuat xidməti ilə yanaşı, ABŞ-ın Dövlət Departamenti də İlham Əliyev və Entoni Blinken arasında telefon danışığı ilə bağlı mətbuata açıqlama yayıblar. Dövlət Departamentinin açıqlamasında bildirilir ki, "söhbət zamanı bir sıra məsələlər ilə yanaşı, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında ATƏT-in Minsk Qrupunun nümayəndələrinin iştirakının bərpası mövzusu da müzakirə olunub".
Ətraflı
Lakin bu, dezinformasiyadır, çünki telefon danışığında Minsk Qrupu xatırlanmayıb və müzakirə də edilməyib.
ABŞ Dövlət Departamentinin de-yure və de-fakto hadisələrə təsir imkanları ilə yanaşı, legitimliyini də itirmiş bir struktur barədə belə "açıqlama" verməsi ən azı təəccüb doğura bilərdi - bəzi məqamlar olmasaydı.
Birləşmiş Ştatlar, Fransa və Rusiya 2-ci Qarabağ Müharibəsinin nəticələri ilə Azərbaycanın tarixə qovuşdurduğu Minsk Qrupunu xatırlamaları təsadüfi deyil.
Rusiyanın XİN başçısı Sergey Lavrov bəyan etmişdi ki, ATƏT-in Minsk Qrupunda amerikalı və fransalı həmsədrlərlə "gərəkli, effektiv və adekvat kommunikasiyalar qurmaq artıq mümkün deyil".
Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı Moskvaya qarşı olduqca sərt sanksiyalar tətbiq edərək aşkar təzyiq taktikasını seçən Qərbin məqsədlərini təxminləmək çətin deyil.
ABŞ bütün vasitələri və rıçaqları işə salaraq Rusiyanı bir sıra geosiyasi proseslər məkanından, o cümlədən Cənubi Qafqazdan kənarlaşdırmağa çalışır. Minsk Qrupu da Vaşinqton üçün effektiv olmasa da, vasitələrdən biridir.
Fransaya gəldikdə isə, bəhs etdiyimizin ölü struktur rəsmi Paris bölgədəki proseslərə təsir, daha doğrusu, müdaxilə imkanları əldə etməyə can atır.
Lakin bütün bu hesablar Bakının maraqlarının arxa plana keçirilməsini nəzərdə tutduğundan reallaşan deyil.
Çünki bölgədəki reallığı dəyişən Bakı buna imkan verməyəcək.
Elçin Alıoğlu
Aia.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025