Mobil versiya
Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsi müzakirə edildi
Tarix: 28-04-2026 | Saat: 22:24
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsi müzakirə edildi


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli görüşüb və ölkələr arasında tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.

"aia.az" xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Danışıqlar zamanı tərəflər regional və beynəlxalq məsələləri, eləcə də siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrində tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.

İtaliyanın Baş naziri Corcia Meloninin qarşıdan gələn səfərini və yanvar ayında imzalanmış fəaliyyət planının icrası ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Corcia Meloni mayın 5-də Azərbaycana səfər edəcək.

Xatırladaq ki, yanvarın 13-də Azərbaycan və İtaliya arasında Hökumətlərarası Komissiyanın iclası çərçivəsində əməkdaşlığın 18 istiqaməti üzrə 65 tədbirin həyata keçirilməsini nəzərdə tutan 2026–2027-ci illər üçün Birgə Fəaliyyət Planı qəbul edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026