Mobil versiya
"Sinəmdə Azərbaycanın hədiyyəsi idi" - Mariya Zaxarova - FOTO
Tarix: 22-07-2022 | Saat: 10:21
Bölmə:Siyasət | çapa göndər

"Sinəmdə Azərbaycanın hədiyyəsi idi" - Mariya Zaxarova - FOTO

"Dünənki brifinqdə pencəyimin yaxasında olan bayraq barədə mənə çox sual verirlər. Bəziləri hətta hesab edirlər ki, bu, naxışlı tikmədir. Anlatıram".

AİA.Az bildirir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tedegram kanalında belə yazıb.

İyulun 21-də Rusiya XİN-dəki brifinq zamanı M.Zaxarovanın pencəyinin yaxasında Rusiya bayrağı vardı.

"Sinəmdə Azərbaycanın hədiyyəsi idi. Daha doğrusu, Azərbaycanda yaşayan rusiyalıların xahişi ilə azərbaycanlı xanım ustanın hazırladığı bu broşu Bakıdakı Müqəddəs Məryəm Ananın Miladı kilsəsi hədiyyə edib. Kilsənin keşişi Antonni ata bu yaxınlarda mənə həmin broşu Bakıda kilsədə ibadət edən dindarların adından verdi.



Üçrəngi muncuqlarla tam bir dünya bəzədilib. Onda həmvətənlərimizin, soydaşlarımızın istisi, onların Rusiyaya sevgisi, şəfqəti və səmimiyyəti var.

Ürəyimin üzərində gəzdirəcəyəm", - M.Zaxarova yazıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025