Mobil versiya
Anar Nəbiyev: Mövcud Azərbaycan reallıqları Avropanın enerji xəritəsini dəyişir
Tarix: 21-07-2022 | Saat: 13:29
Bölmə:Seçki 2024 | çapa göndər

Anar Nəbiyev: Mövcud Azərbaycan reallıqları Avropanın enerji xəritəsini dəyişir

Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir. Bu nöqteyi - nəzərdən siyasi, iqtisadi münasibələrin inkişafı baxımından çox yaxşı nailiyyətlər əldə olunmuşdur. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq hər zaman ən prioritet sahə kimi ön plandadır.

18 iyul 2022-ci il tarixdə Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi də bu qəbildən atılan növbəti addımlardan biridir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq on beş ildən artıq bir dövrü əhatə edir. Azərbaycanın təşəbbüsü ilə başlanan və onun tərəfdaşları tərəfindən dəstəklənən layihələrin həyata keçirilməsi bu gün Avropanın enerji xəritəsini dəyişir. Neft hasilaı ilə fəaliyyətə başlayan Azərbaycanın təbii qazı artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropa qitəsinə çatdırılır. Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropanın ən etibarlı, ən vacib tərəfdaşıdır. Buna Azərbaycanın Xəzər dənizində malik olduğu zəngin neft – qaz yataqları, eyni zamanda Xəzəryanı ölkələrin də enerji resuslarını özünün malik olduğu kəmərlərlə Avropaya çatdırmaq imkanları böyük zəmin yaradır. Bu baxımdan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən Bakı – Tbilisi – Ceyhan neft kəməri, eyni zamanda 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi böyük əhəmiyyət kəsb edir. Bu il 11,7 milyard kubmetr qaz ixracını nəzərdə tutan Azərbaycan yaxın illərdə ixracı 2 dəfə artırmaqla Avropaya 20 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Əlbəttə ki, doğma Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması bərpaolunan enerji istehsalı baxımından Azərbaycan qarşısında geniş imkanlar açır. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində həm Qarabağda, həm də Xəzər dənizində böyük potensialının olduğu Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Artıq külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanmışdır. Bərpaolunan enerjidən istifadə də yaxın gələcəkdə daha çox qaz ixracına səbəb olacaqdır. İmzalanan Memorandumun gələcək üçün bir növ yol xəritəsi olduğunu vurğulayan ölkə Prezidenti çıxışının sonunda bildirdi ki: “Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail
olacağıq.”

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024