Mobil versiya
Talışda yorğun erməni əsgərlərin yüzlərlə itkisi və Azərbaycan snayperləri...
Tarix: 22-05-2016 | Saat: 14:02
Bölmə:Gündəm | çapa göndər

Talışda yorğun erməni əsgərlərin yüzlərlə itkisi və Azərbaycan snayperləri...Aprelin əvvəllərində gedən döyüşlərin dayandırılmasından təxminən ay yarım vaxt keçsə də erməni tərəfi hələ də xarici jurnalistlərin Dağlıq Qarabağa səfərlərini təşkil edir və 4 günlük müharibə haqda təbii ki, erməni tərəfinin mövqeyinə uyğun reportajların beynəlxalq mediada yayımlanmasına nail olur

Lakin belə reportajlarda hərdən maraqlı nüanslara və epizodlara da rast gəlinir. Və həmin detallar 4 günlük müharibənin gedişinə dair Ermənistanın yalanlarını üzə çıxarmağa kömək edir.

Qarabağda gedən hərbi əməliyyatlar haqda səngərin o üzündən hazırlanmış növbəti reprortaj İtaliyanın “La Stampa” qəzetində dərc olunub. Müəllifi Roberto Travandır. Müəllif yazır ki, Qarabağ müharibəsi çoxları üçün unudulmuşdu. Lakin aprelin əvvəllərində döyüş əməliyyatları bütün şiddəti ilə yenidən başlayanda dünyanın diqqəti yenidən bu regiona yönəldi. “Nəticə isə 300-dən çox ölən, yüzlərlə qaçqın, evakuasiya olunan kəndlər, dağılmış evlərdir. başa düşmək üçün Stepanakertdən (Xankəndi) yola çıxıb Mardakertə (Ağdərə), Mataqisə və Talışa doğru bir neçə kilometr getmək kifayət edir”-italiyalı jurnalist yazır.

Reportajda deyilir ki, təmas xəttinin yaxınlığında xaraba kəndlər, 90-cı illərin əvvəllərində yerlə bir edilmiş yaşayış məntəqələri gözə dəyir. Bir vaxtlar 20 mindən çox azərbaycanlının yaşadığı, ancaq ermənilərin hücumu nəticəsində həlak olduğu və ya evlərini tərk etməyə məcbur olduqları, Qafqazın Xirosimasına çevrilmiş Ağdam xarabalıqları kimi.

Məqalədə Ağdərə şəhərindəki vəziyyətdən də bəhs olunur. Aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı şəhərin sakinlərinin bir çoxu qaçıb. Hazırda Ağdərə ardı-arası kəsilmədən təmas xəttinə doğru əsgərlərin, texnikanın daşındığı hərbi məntəqəyə çevrilib.

Ağdərədən Mataqisə gedən yol isə italiyalı jurnalistin yazdığı kimi hazırda Azərbaycan ordusunun mövqelərinin nəzarəti altındadır. Nəticədə ermənilər təhlükəli olduğundan köhnə yolla hərəkət edə bilmirlər. Süni torpaq yığını ilə mühafizə olunan yeni torpaq yol açılıb, ermənilərin ekskvatorları snayper atəşləri altında işləyiblər. Jurnalisti təmas xəttinə, erməni mövqelərinə aparan hərbi UAZ snayper atəşinə tuş gəlməmək üçün bu yolla sürətlə şütüyür. Həmin torpaq yol Talış kəndində bitir. Qaranlıq və rütubətli dağların arasında yerləşən bu kənddə indi hərbçilərdən başqa heç kim yoxdur. Boşalmış evlərdə erməni hərbçiləri yerləşib. Hazırda onların mövqeləri kəndin bilavasitə ətrafındadır. “Yorğun görkəmli, çiyinlərində AK-47 avtomatları asılmış erməni əsgərlərinin çoxu könüllülərdir. Onlar dünyanın hər yerindən özlərinin dediyi kimi “Arxası” müdafiə etməyə gəliblər”.

Erməni komandirlərdən biri deyir ki, islam hücum edir və onlar xristianlığın sonuncu qalasıdır. Erməni əsgərləri arasında keşişlər də var, onlar döyüş mövqeyinə gedən əsgərləri xaçlayır. Erməni əsgərləri Talış kəndində köhnə divarlarının arxasında mövqe tutmalı olublar. Çünki aprel döyüşlərində onlar kəndin ətrafındakı yüksəklikləri itiriblər. Onlar jurnalistə xəbərdarlıq edirlər ki, ehtiyatlı olmaq lazımdır. Çünki Azərbaycan snayperləri “cərrah dəqiqliyi ilə” vurur.

Məqalədə həmçinin deyilir ki, ermənilər aprel döyüşlərində yüzlərlə itki veriblər. “Onlar qəfil, hazırlıqsız yaxalanıblar. İrəvanda hələ də müzakirə edirlər ki, nəyə görə yüzlərlə itki verilib, ərazilər itirilib. “Biz qətiyyətlə müdafiə olunduq”-ermənilərin yüksək rütbəli kəşfiyyat zabiti uğursuzluqlara bəraət qazandırmaq üçün deyir. Adını açıqlamaqdan imtina edən erməni zabit Azərbaycanın T-90 tanklarının videokadrlarını jurnalistə göstərir. Deyir ki, aprel döyüşlərində azərbaycanlılar “xaos içərisində” geri qaçmalı olublar”.

“İnsanlar hər iki tərəfi silahlandıran və uzun illərdir ki, bu münaqişə ilə spekulyasiya edən Moskvanın ikili oyunlarından yurulublar”-bunu isə “Helsinki 92” vətəndaş təşəbbüsünün Qarabağdakı koordinatoru Karen Ohacanyan deyir. Qəzet yazır ki, Qarabağda yeni müharibənin qapının ağzını kəsdirməsindən çoxları narahatdır. Münaqişənin həlli isə hələ üfüqdə görünmür..

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024