Mobil versiya
Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur
Tarix: 19-07-2022 | Saat: 11:26
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur

Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Cari ilin birinci yarısında müşahidə etdiyimiz müsbət inkişaf tendensiyaları, əldə olunan nəticələr bunu deməyə əsas verir. Düşmənin 30 ildə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzuru yenidən quran İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda həyata keçirdiyi misli görünməmiş quruculuq işləri Azərbaycanın qüdrətinin göstəricisidir.

İyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu məsələyə xüsusi olaraq toxunan Prezident bir daha bəyan etdi ki, Azərbaycan dövləti Qarabağı, Zəngəzuru yenidən qurur. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Özü də təkbaşına, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir.Prezident İlham Əliyevin dediyi kimi, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərindəki uğuru Vətən savaşında qələbəni təmin etdi, böyük Zəfərin təməl daşı oldu. 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmağa başladı. Çünki düşmən 30 il ərzində bu torpaqlarda daşı-daş üstündə qoymamış, əsl barbarlıq xislətlərini ortaya qoymuşdu. Bunu təkcə biz deyil, bütün dünya gördü. Dövlətimizin başçısı deyib. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Baxın görün, son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar.

Erməni vəhşiliyinin qurbanına çevrilmiş torpaqlarımızda qurulacaq yeni şəhərlərimizin, kəndlərimizin müasir, innovativ şəkildə yenilənməsi, həm də öz tarixi keçmişini əks etdirməsi bir daha qazandığımız Zəfərin böyüklüyünü özündə ehtiva etməkdədir. İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı layihələr isə onu deməyə əsas yaratdı ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur dünyanın ecazkar məkanlarından birinə çevriləcək, oradan məcburi köçkün düşən soydaşlarımız da yurd-yuvalarına qayıdacaqlar. Böyükdən-kiçiyə hər kəs inanırdı ki, Qarabağı 44 günə düşməndən azad edən Ali Baş Komandan qısa zamanda bu torpaqlarda möcüzələr yaradacaq, Qarabağ, Şərqi Zəngəzur cənnətməkana çevriləcək və "Böyük qayıdış" konsepsiyasının icrasına başlanılacaq.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024