Türkiyə əhalisinin neçə faizi Azərbaycanı dost ölkə hesab edir?
Tarix: 21-05-2016 | Saat: 13:57
Bölmə:Gündəm | çapa göndər
Türkiyə əhalisi Azərbaycanı Türkiyənin ən yaxın dostu hesab edir.
aia.az APA-ya istinadən bildirir ki, Kadir Has Universitetinin keçirdiyi sorğuda iştirak edənlərin əksəriyyəti bu qənaətdədir.
Azərbaycanı dost hesab edən sorğu iştirakçıları 59,3 faiz təşkil edib. Ötən ilə nisbətən Türkiyənin xarici siyasətdə Azərbaycanla birgə hərəkət etməli olduğunu düşünənlərin faiz göstərici də 18,7 faizdən 48,5 faizə qalxıb.
"Türkiyənin dostu yoxdur" deyənlərin faiz göstərici isə ötən illə müqayisədə 38,9 faizdən 23,1 faizə düşüb.
Türkiyə üçün ən böyük təhdid hesab edilən ölkələr sırasına 69,6 faizlə Yaxın Şərq ölkələri başçılıq edib. Bu ölkələrdən hansının daha çox təhdid təşkil etməsi sualına isə 30,4 faiz respondent Suriya cavabını verib. Rusiyanı təhdid hesab edənlərin sayı isə ötən ilə nisbətən 3 dəfə artaraq 34,9 faizə yüksəlib.
Sorğu iştirakçılarının 31,1 faizi Türkiyənin xarici siyasətdə ən böyük problemin terrorla mübarizə olduğunu bildirib. Siyasətdə ən problemli məsələ kimi isə 22,9 faizlə Suriya məsələsi, 15,9 faiz İsraillə münasibətlər, 11,3 faiz isə Rusiya ilə münasibətlər göstərilib.
Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyənlər 61,8 faiz, heç zaman üzv olmayacağını düşünənlər isə 66,7 faiz təşkil edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər