Mobil versiya
Bu qızlar Facebook vasitəsilə uşaq oğurlamaq istədilər - FOTO
Tarix: 21-05-2016 | Saat: 11:35
Bölmə:Media | çapa göndər

Bu qızlar Facebook vasitəsilə uşaq oğurlamaq istədilər - FOTO





17 yaşlı Kodi Ferrar və 18 yaşlı Holli Kelland həbs olunublar. Onlar Facebok-da saxta profillər yaradaraq uşaq oğurluğuna can atmaqda suçlanırlar.

İngiltərənin Derbi şəhərində bu qızların məhkəməsi başlanıb.
İstintaq materiallarına görə, Facebook-da azyaşlı övladları olan analara pulsuz uşaq paltarları və yeməkləri təklif edən "xeyriyyə təşkilatı"nın adından səhifə yaradan Ferrarla Kelland bu minvalla potensial "qurban"larını müəyyənləşdirirdilər.

Sonra onlar pulsuz uşaq geyimi və uşaq yeməyi almaq istəyən anaların ünvanlarına yollanır, oradakı vəziyyətə nəzər salıb, valideynlərin nə zaman evdə olduqlarını, evi tərk etdikləri vaxtları dəqiqləşdirir, "kəşfiyyat" aparırdılar.

Ferrarla Kellandın əsas məqsədləri həmin valideynin uşağını oğurlamaq, sonra isə dölsüz və qısır, amma uşaq ata-anası olmaq istəyən, bunun üçün cinayətə belə razılaşan şəxslərə satmaqdı.
İki qız özlərinə artıq potensial müştərilər də tapmışdı.
Facebook-da saxta səhifə yaradaraq pulsuz dizayner paltarları və yeməklər "təklif" edən Vulverhempton şəhər sakinləri Kodi Ferrarla Holli Kellandı ən azı 12 aylıq həbs gözləyir.
Kellandın vəkili Eleyn Stepolton məhkəmə prosesində çıxış edərkən bildirib ki, onun müvəkkili cinayət işləyərkən anlaqlı olmayıb: "Onun ciddi psixi problemləri var".
Prokuror Aolma Ben-Aribia isə bu iddianın yalan olduğunu bildirib: "Ötən ilin sentyabrın 21-də polisə zəng vuran qadınlardan biri demişdi ki, iki qadın onun evinə gələrək özlərini sosial təminat xidmətinin əməkdaşları kimi təqdim edib. Lakin qadın onların davranışlarından şübhələnib və dərhal polislə əlaqə saxlayıb. Qızlar qaçıb aradan çıxıblar, onları tutmaq olmayıb. Məhz həmin olaydan sonra müttəhimlər Facebook vasitəsilə "ov"a çıxmağa qərar veriblər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024