USAID missiyasının rəhbəri: “Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi”
Tarix: 13-07-2022 | Saat: 15:12
Bölmə:Siyasət | çapa göndər

“USAID Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyir”.
Bunu “Report”a müsahibəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx bildirib.
“Şadıq ki, Azərbaycan öz ərazilərini geri qaytara bildi. Bu da bizim həyatımızı daha maraqlı edir, çünki yeni investisiya sahələri meydana gəlir”, - o deyib.
Sinqx USAID-in “Sosial İştiraka Dəstək” adlı 5 illik proqramının Azərbaycanın azad edilmiş əraziləri üçün 15 milyon ABŞ dolları məbləğində maliyyələşməni nəzərdə tutduğunu bildirib.
“Biz daha çox iş görmək istəyirik, lakin bu, hələ başlanğıcdır. Bizim əsas prioritetlərimizdən biri, təxminən, 30 il sonra öz evlərinə qayıdan məcburi köçkünlərə dəstək verməkdir. Bu qədər uzun müddət məcburi köçkün olmuş vətəndaşlara dəstək verilməsi yollarını tapmaq istəyirik”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-07-2025
19-07-2025
18-07-2025