Mobil versiya
Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region üçün yeni imkanlar açacaq
Tarix: 04-07-2022 | Saat: 10:51
Bölmə:Siyasət | çapa göndər

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region üçün yeni imkanlar açacaq

Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı dayanıqlı münasibətlərin təmini baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu açıqlamasında siyasi şərhçi Mətanət Səfərli deyib.

Onun sözlərinə görə, bu kimi zirvə toplantıları hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Azərbaycanın bu məsələdə mövqeyi ortadadır. “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda konkret müddəalar öz əksini tapıb. Konvensiyaya görə, tərəflər Xəzər dənizindəki fəaliyyətlərini müəyyən prinsiplər əsasında həyata keçirirlər. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq; Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi; Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi; Hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üzrə ümumi səylərə, o cümlədən bütün tərəflər arasında bağlanmış beynəlxalq müqavilələrə şəffaflıqla riayət edilməsi Xəzər dənizi ilə bağlı ortaq mövqeyin ortaya qoyulmasında əhəmiyyətli addımlardır.

Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olduğunu diqqətə çatdıran M.Səfərli deyib: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Eyni zamanda, Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcminin artması, bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024