AZ RU Mobil versiya
Zəngəzur dəhlizi Azərbaycanın növbəti tarixi uğuru olacaqdır
Tarix: 01-07-2022 | Saat: 16:31
Bölmə:Siyasət | çapa göndər

Zəngəzur dəhlizi Azərbaycanın növbəti tarixi uğuru olacaqdır

Əlverişli coğrafi mövqeyindən yararlanaraq Avrasiya məkanının mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan həm də Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir.

Son zamanlar dünyada cərayən edən hadisələr, yaranan yeni geosiyasi reallıqlar, nəqliyyat və logistika sahəsinə ciddi təsir edib. Bunu, ilk növbədə, Asiya və Avropa arasında yükdaşımalara aid etmək olar. Avrasiya məkanında demək olar ki, nəqliyyat sistemi, logistika xəritəsi dəyişir. Azərbaycan yeni reallıqlarda, öz nəqliyyat və logistika sitemi ilə cəlbedici rol oynamağa başlayıb. Ümumən, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə indi daha çox ehtiyac duyulur. Hazırda Çin-Azərbaycan-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa nəqliyyat marşrutları böyük marağa səbəb olub.

Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır və bu layihələr siyasi vəziyyətə təsir edir, sabitliyin təminatına töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan isə bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Yəni artıq nəqliyyat-logistika aspektində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb”, "Şimal-Cənub” və "Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır.

"Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb. Eyni zamanda həmin məqsəd və hədəflərə çatmaq üçün prioritetlər müəyyənləşdirilib. Daha konkret səviyyədə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.

Nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi qarşıya qoyulan ən ümdə hədəflərdən biridir. Onu da əlavə edək ki, bu gün Azərbaycan dəmir yolu infrastrukturunun müasirləşdirilməsinə sərmayə yatırır. Çindən Avropaya və geriyə yükdaşımalar üçün ən qısa nəqliyyat marşrutu olan, Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol xətti bunun əyani sübutudur.

Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi və münaqişənin başa çatması regionda yeni münasibətlərin yaranmasına zəmin yaradıb. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa da yer aldı. Hazırd a Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır və bu dəhlizin reallaşması Azərbaycanın növbəti tarixi uğuru olacaqdır.

Əminə Ağazadə,
Milli Məclisin deputatı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5546 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2022
16-08-2022