AZ RU Mobil versiya
Anar Nəbiyev: Beynəlxalq hüquq Azərbaycanın yanındadır
Tarix: 01-07-2022 | Saat: 11:42
Bölmə:Ölkə | çapa göndər

Anar Nəbiyev: Beynəlxalq hüquq Azərbaycanın yanındadır

Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışa xidmət edən addımlarla yanaşı, Ermənistana və havadarlarına biri-birindən mühüm mesajları ilə yadda qalır.  Prezident İlham Əliyevin 26 İyun- Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışı bir daha Zəfərimizə gedən yola, postmünaqişə dövrünün reallıqları fonunda qalib Azərbaycanın artan nüfuzuna və siyasi çəkisinə işıq saldı. 
Reallıq budur ki, Azərbaycan dövləti işğal dövründə ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə yolunun istisna edilməyəcəyini bəyan edirdi. Təbii ki, bu əminlik  Azərbaycan Ordusunun gücünə, qüdrətinə söykənirdi. Azərbaycan bu illər ərzində hər sahədə gücləndi. Dövlət başçısı İlham Əliyevin qeyd olunan nitqində bildirdiyi kimi, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir.

Rəşadətli ordumuz torpaqlarımızı mənfur düşməndən təmizlədi, Ermənistanın illərdir formalaşdırdığı “məğlubedilməz ordu” mifini darmadağın etdi. İşğalçı dövlət bu ərazilərimizdə istehkamlar qurmaqla, ən müasir silahlarla təchiz edilməklə özlərində belə bir inam yaratmışdılar ki, torpaqlarımız geri qaytarılmayacaq, bu ərazilər onlara məxsusdur. Amma unutdular ki, tarixi saxtalaşdırmaqla, özləri barədə miflər yaratmaqla həqiqətləri ört-basdır etmək, işğal etdiyi torpaqları daimi əldə saxlamaq mümkün deyil. Gec-tez ədalət öz yerini tapacaq, danışan faktlar olacaq. Güclü Azərbaycan Ordusu işğalçı Ermənistanın torpaqlarımızda qurduğu  istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında duruş  gətirməyərək  hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imzalamağa məcbur oldu. “Silahlı Qüvvələrimizlə fəxr edirik” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
Tarixi Zəfərimiz bu reallığı da təsdiqlədi ki,  möhkəm təməl uğurların başlanğıcıdır. Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli Ordunun yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyan ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin miqyası böyük olmaqla yanaşı, Qələbəmizi şərtləndirən əsas amil oldu. Prezident İlham Əliyev möhkəm təməl üzərində Azərbaycan ordusunu daha da inkişaf etdirərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını təmin etdi. Postmünaqişə dövründə də əsas hədəf məhz ordumuzun daha da gücləndirilməsidir.  Dövlət başçısı İlham Əliyev nitqində bu məqama diqqət yönəltdi ki, bütün sərhədlərdə hərbi hissələr yaradılıb. Müharibədən keçən il yarım ərzində gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq və buna nail olduq. Bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılacaq.

Ölkə Prezidentinin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq” çağırışı bütün dövrlərdə aktuallığını qoruyur. Azərbaycan 30 ilə yaxın dövrdə müharibə şəraitində yaşasa da bütün sahələrdə biri-birindən əhəmiyyətli uğurlara imza atdı. Azərbaycanın inkişaf modeli dünyada təqdir edilir və öyrənilir. Ölkəmizin iqtisadi qüdrəti bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Ermənilərin 30 ilə yaxın dövrdə bu torpaqlarda törətdikləri dağıntıları bərpa etmək, yenidənqurma işlərini həyata keçirmək zamanla yanaşı, böyük maliyyə vəsaiti də tələb edir. Lakin ilyarım ərzində bu torpaqlarda elə genişmiqyaslı bərpa işləri görülüb ki, onların hamısını sadalamaq mümkün deyil. Dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki nitqində diqqəti işğaldan azad edilmiş ərazilərimizdə dağıntılara yönəldərək bildirdi ki, bunlar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi, bu sanatoriyanı  dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq.  Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimiz yenidən bərpa edilir. O cümlədən Kəlbəcər və Laçın rayonlarında böyük quruculuq işləri gedir. Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!

Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi

7612 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2022