AZ RU Mobil versiya
Sumqayıt Dövlət Universitetində “Məzun günü” keçirildi - FOTOLAR
Tarix: 29-06-2022 | Saat: 20:04
Bölmə:Təhsil | çapa göndər

Sumqayıt Dövlət Universitetində “Məzun günü” keçirildi

AIA.Az xəbər verir ki, iyunun 29-da Sumqayıt Dövlət Universitetinin I tədris korpusunun qarşısında “Məzun günü” qeyd edildi. 

“Məzun günü”ndə Təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev və universitetin professor- müəllim heyəti, məzun tələbələr və  onların  valideynləri  iştirak etdilər.
Əvvəlcə qonaqlar və iştirakçılar universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
TədbirdəTəhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək tələbələri “Məzun günü” münasibəti ilə təbrik etdi, onlara Təhsil naziri Emin Əmrullayevin təbriklərini çatdırdı və məzunlara dövlətimiz üçün layiqli, savadlı vətəndaşlar olmalarını və  Azərbaycanın gələcəyi naminə çalışmağı tövsiyə etdi.  Bildirdi ki, son illərdə Sumqayıt Dövlət Universitetinin fəaliyyətində ürəkaçan yeniliklər və müsbət dəyişikliklər baş verməkdədir ki, bu nailiyyətlərin də kökündə elmə, təhsilə göstərilən yüksək dövlət qayğısı, həmçinin professor-müəllim heyətinin gərgin zəhməti dayanır.Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində respublikamızda elmin, ali təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Sumqayıt Dövlət
Universitetinin də fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına və inkişafına böyük zəmin yaratmışdır.  
Universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək qonaqları və iştirakçıları salamladı, məzun tələbələri “Məzun günü” münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, 60 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Universiteti həm ölkəmizdə, həm də ölkəmizdən kənarda böyük nüfuz qazanmışdır. İnanıram ki, məzunlarımız gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaq, onun hərtərəfli inkişafına öz töhfələrini verəcəklər.

Rektor çıxışında vurğuladı ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən vətənpərvər, intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bugünkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir. 

Bu gün Sumqayıt Dövlət Universitetində tədris prosesi müasir tələblərə uyğun olaraq həyata keçirilir. Universitetimizdə yüksək texnologiyalar əsasında qurulmuş yeni laboratoriyalar fəaliyyət göstərir. Maddi-texniki bazamız son texnoloji avadanlıqlarla təchiz olunub. Son illərdə universitetimizdə bazar iqtisadiyyatına və onun tələblərinə uyğun olaraq yeni ixtisaslar açılıb. Tək yeni tədris ilində İnformatika müəllimliyi, Kooreksiyaedici təlim, Mexatronika və robototexnika mühəndisliyi, Sosial iş, Turizm işinin təşkili ixtisasları üzrə hazırlıqlar başlanılıb.  Universitetimiz həm xaricdən, həm də daxildən yüksək bir zövqlə təmir olunaraq müəllimlərin və tələbələrin istifadəsinə verilib. Görülən son işlərdən biri də, “Tələbə evi”nin tələbələrimizin istifadəsinə verilməsidir. Bütün bu işlər savadlı kadrların yetişdirilməsinə, gənclərin vətənpərvərlik və sağlam ruhda tərbiyəsinə xidmət edir.
Rektor professor Elxan Hüseynov onu da vurğuladı ki, Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına Zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha bizə tanıtdı.
Sonra elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara fəxri fərman,  mükafat və hədiyyələr təqdim olundu. 
Təqdimatdan sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək məzunları təbrik etdi, onlara uğurlar arzuladı və bildirdi ki, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Əbəs yerə deyil ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamda “Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır” fikri Sumqayıt Dövlət Universitetinə verilən ən ali qiymətdir.

İcra başçısı Zakir Fərəcov çıxışında Sumqayıt Dövlət Universitetinin bir qrup məzununun şəhərdə işlə təmin olunmasına şərait yaradılacağını diqqətə çatdırdı, sonra Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova hədiyyə təqdim etdi və  universitetin bir qrup müəllimini səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri fərmanla təltif etdi. 

Sonra tələbələrin ifasında universitetin marşı səsləndi, şar və sülhün rəmzi olan göyərçinlər səmaya buraxıldı, ənənəvi “papaqatma” mərasimi keçirildi.
Tədbir konsert proqramı ilə davam etdi. Universitetin özfəaliyyət kollektivi ilə yanaşı, Azərbaycan Respublikasının Əməkdar artistləri Nüşabə Ələsgərli, Səlim Abbasov, Muğam müsabiqəsinin laureatı Gülzar Fərəcova, tanınmış incəsənət xadimləri və digər gənc sənətçilər ifaları ilə məzunları təbrik etdilər.
[xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

47696 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2022