Mobil versiya
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibinə dəyişiklik edildi
Tarix: 29-06-2022 | Saat: 16:09
Bölmə:Siyasət | çapa göndər

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibinə dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Korrupaiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" Milli Məclisin qərarına edilən dəyişikliyi təsdiq edib.

aia.az xəbər verir ki, dəyişikliyə əsasən, "Mirzəyev Səfa Abbas oğlu - Milli Məclisin Aparat rəhbəri" sözləri "Hacıyev Fərid Famil oğlu - Milli Məclisin Aparat rəhbəri" sözləri ilə əvəz edilir.

Qeyd edək ki, bir müddət öncə Səfa Mirzəyev təqaüd yaşı ilə əlaqədar Milli Məclisin Aparat rəhbəri vəzifəsindən gedib, onun yerinə isə Hacıyev Fərid Famil oğlu təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025