Zahid Oruc: “Qarabağ məsələsi üçün tarixi bir fürsət yetişib”
Tarix: 19-05-2016 | Saat: 18:26
Bölmə:Gündəm | çapa göndər
“İndi Ermənistan Rusiyanı ittiham edir ki, Azərbaycanın əməliyyatları haqqında onlara məlumat verilməyib, nə üçün Gümrüdəki əsgər və zabitlər Qarabağda onların əvəzindən ölməyiblər”.
Zahid Oruc: “Beynəlxalq siyasi dairələr prosesdən kənarda qalan kimi Azərbaycan ordusu düşmənə çox kəskin və həlledici zərbələr vurdu”.
Bu sözləri millət vəkili Zahid Oruc Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun Qarabağ münaqişəsi ilə bağlı dediyi fikirləri PİA.AZ-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov prezidentlərin həmsədrlərin iştirakı ilə Vyanada baş tutan görüşünü şərh edib. Politoloaq bildirib ki: “Bu, münaqişənin həlli ilə bağlı Kazan formuludur ki, özündə Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müqabilində Ermənistan blokadasının yarılmasını əks etdirir. Bu formula çıxmaq üçün bir neçə belə görüş keçirilməlidir.
Vyana görüşünü “dörd günlük müharibə”dən sonra danışıqlar prosesinin bərpası da adlandırmaq olar. Hesab edirəm ki, bu ilin sonuna kimi danışıqlar prosesində nailiyyət əldə olunacaq”. Həmçinin S.Markov onu da qeyd edib ki, münaqişə tərəfləri arasında Kazan formulu üzrə 95 faiz razılıq əldə olunub.
Kremlə yaxın olan politoloqun dilindən səsləndirilən bu idda ilə bağlı nə düşünmək olar və Rusiyalı politoloqun fikrincə Azərbaycan və Ermənistan tərəfinin əsas fikir ayrılığı BMT-nin məlum 4 qətnaməsi ilə bağlıdır. Çünki BMT-nin qətnamələri Dağlıq Qarabağı Azərbaycanın daxilində ehtiva edir. Ermənistan tərəfi isə bu müddəanı qəbul etmir. Kazan formulu bu maneəni aşmaq üçün yararlı ola bilərmi?
Zahid Oruc: “Hər bir halda Rusiya qətiyyən istəməz ki, ABŞ planı və yaxud da Fransa modeli Qarabağ məsələnin çözümündə rol oynasın”.
Bu suallarla PİA.AZ-ın əməkdaşı millət vəkili Zahid Oruca müraciər edib. Millət vəkili qeyd edib ki, Rusiyanın qarşısında tarixi bir şansı var. Bu şans da ondan ibarətdir ki, çarizm dövründən, sovet illərindən fəqli olaraq Rusiya Qafqazda normal sülhün bərqərar olması üçün addımlar ata bilər:
“Sergey Markov Azərbaycan siyasi elitasına, cəmiyyətinə kifayət qədər tanış bir simadır. Güclü siyasətçi və Rusiyanın siyasi elitasına yaxın şəxslərdən biridir və buna görə də İctimai Palatasının üzvüdür. Markov dəfələrlə Bakıda görüşlərdə olub və bölgəni yaxşı tanıyır. Regional problemlərin mahiyyətini və onun tarixini bilir. Eyni zamanda onunla görüşdə iştirak etmiş insan kimi deyə bilərəm ki, Azərbaycana çox yüksək etimadla informasiya məkanında sözünü demiş insanlardan biridir. Onun bu açıqlamasında əlbəttə ki, söhbət Vyana görüşlərindən sonra real həllin olması üçün atılacaq addımlardan gedir. Yəni Lavrov dedi ki: “ Biz Rusiyanın planını iyunun sonuna doğru tərəflərin müzakirəsinə təqdim edəcəyik və bu Qərb tərəfdən də dəstəklənibdir. Yəqin ki, onun son müddəalarının razılaşdırlmasına keçəcəyik”. Bu hər halda Rusiya Xarici İşlər nazirinin dilindən medyaya açıqlanmış bəyantdır.
Biz də düşünürük ki, bütün bunların fonunda bilavasitə Putinin xeyir-duası və konkret qərarı ilə nəhayət ki, Qarabağ məsləsinin tənzimlənməsi üçün bu Şimal qonşumuzun siyasi iradə nümayiş etdirdiyini görə bilirik. Əgər Ermənistan tərəfi Rusiya layihəsinin pozulması üçün addımlar atacaqsa, bu heç şübhəsiz ki, onların cəzalanmasına yol aça bilər. Çünki faktiki olaraq indi Ermənistan Rusiyanı ittiham edir ki, Azərbaycanın əməliyyatları haqqında onlara məlumat verilməyib, nə üçün Putin 2 apreldə Azərbaycan əməliyyat keçirərkən Azərbaycanı qınamayıb, Gümrüdəki əsgər və zabitlər gəlib Qarabağda onların əvəzindən ölməyiblər və s. Yekun ondan ibarətdir ki, Putinin Ermənistanı cəzalandırması çox sərt ola bilər. Hərçənd onlar düşünürlər ki, guya bu ölkə Rusiya üçün o qədər əhəmiyyətə malikdir ki, bunlar özlərinə siyasi bir sahib tapsalar və NATO-un tərəfdaşına çevrilsələr avtomatik Rusiya onlara yalvaracaqdır. Qətiyyən belə hadisələri gözləmək olmaz.
Zahid Oruc: “Bu gün ABŞ-ın, Qərbin Vyana görüşünü keçirmək üçün təşəbbüsləri nə qədər önəmli olsa da, real təsir qüvvəsi Rusiya tərəfdəndir”.
Mən hesab edirəm ki, İrəvanın hər zaman siyasi iradəsi və gələcəyi həmişə Moskva tərəfindən müəyyənləşəcəkdir. Belə olan təqdirdə, biz 95 faiz razılaşdırılmış hansısa detallar üzərində deyil, ən azı ümumi prinsipləri ehtimal edə bilərik. Bunlardan birincisi Lavrov söylədi ki, burada mərhələli model seçiləcəkdir. Yəni Azərbaycan ərazilərinin müəyyən bir hissəsi azad olunur. İşğalçı qüvvələr oradan geri çəkilir və komunikasiya xətləri açılır.
Rusiya tərəfi Qarabağın hazırkı işğal vəziyyəti ilə onların maraqlarının ziyan çəkdiyini görür. Keçmişdə onlar düşünürdülər ki, bu maddəylə Azərbaycanı müstəqilliyinə buxov vuracaqlar, xarici siyasəyini cilovlayacaqlar, Qərblə əlaqələrini sındıracaqlar və neft müqavilələrinə yol verməyəcəklər. Amma tam əksi baş verdi. Onlar düşündüklərinin heç biri olmadı. İndi erməni politoloqları deyirlər ki, Qarabağ məsələsindəki ziddiyyət onların müstəqiliyinin itirilməsinə səbəb oldu. Halbuki, bu münaqişə baş verməsəydi Ermənistanın real durumu indikindən qat-qat fərli idi.
Zahid Oruc: “Əgər Ermənistan tərəfi Rusiya layihəsinin pozulması üçün addımlar atacaqsa, bu heç şübhəsiz ki, onların cəzalanmasına yol aça bilər”.
Mən düşünürəm ki, hazırkı dövrdə biz ən önəmli məsələni qəbul etməliyik. Yəni bu gün ABŞ-ın, Qərbin Vyana görüşünü keçirmək üçün təşəbbüsləri nə qədər önəmli olsa da, real təsir qüvvəsi Rusiya tərəfdəndir və dörd günlük müharibə dediklərimizi bir daha ortaya qoydu. Beynəlxalq siyasi dairələr prosesdən kənarda qalan kimi Azərbaycan ordusu düşmənə çox kəskin və həlledici zərbələr vurdu. Dörd günlük müharibə reallığı dəyişib. Hərbi status-kvo dəyişib və indi bu vəziyyəti siyasi müstəviyə keçirtmək lazımdır. Ona görə də, mən hesab edirəm ki, ermənilər çox yaxşı dərk edirlər ki, bizimlə bunan sonrakı dövrdə vaxt qazanmaq üçün guya silah-sursat toplayacaqlarına rəğmən, həm də özlərinin himayadarlarını və yaxuddakı sahiblərini artıracaqlarını hədəf edərək rəqabət aparmaqları qeyri-mümkün olacaq. Yəni sadə xalqın boğazından kəsib gətirib orduya verməklə, bu həmin ölkənin iqtisadi və siyasi çöküşü demək olacaq. Həmçinin də Füzulidə, Ağdamda, Cəbrayılda guya qalib gəlib, amma əslində əhalini orada saxlamadan, əhalinin əkininə biçininə, təsərrüfatına meydan verə bilməyərək, Talış kəndindən çıxan adamları aparıb Ermənistanda yerləşdirərək ki, onlar bilirlər ki, başqa ərazidə məskunlaşsalar növbəti dəfə köçkünə çevriləcəklər. Belə olan təqdirdə bütün erməni xalqını səngərə doldurub, Azərbaycanın qarşısında yeni bir güc yaratmaq qeyri- realdır.
Hesab edirəm ki, artıq zaman çərçivəsi müəyyənləşibdir və iyun ayında mühüm dəyişikliklərin baş verə biləcəyini söylüyə bilərik. Belə bir misal var, deyirlər ki, ola bilər ki, qılınc sənə ömründə bircə dəfə lazım olsun, ancaq sən onu həmişə üstündə gəzdirməlisən. İndi ordumuz artıq diplomatik siyasi danışıqlarda iştirak edir. Yəni həmin o süngü Azərbaycanın Vyanadakı mövqeyni gücləndirib və yəqin ki, iyun ayındakı danışıqlarda da Azərbaycan daha üst mövqedən çıxış edə biləcəkdir. Ona görə də Markovun mövqeyinə hörmətlə yanaşıram, onun informasiyalı olduğuna rəğmən irəli sürdüyü tezislərin gercək həyata keçirilməsi üçün Rusiyadan mühüm addımlar gözləyirik. Onu da qeyd edim ki, Rusiyanın qarşısında tarixi bir şansı var. Bu şans da ondan ibarətdir ki, çarizm dövründən, sovet illərindən fəqli olaraq Rusiya Qafqazda normal sülhün bərqərar olması üçün addımlar ata bilər. Yəni münaqişə qaldıqca müxtəlif beynəlxalq dairələr gəlib dolacaq. Amma indiki vəziyyətdə Qarabağ problemin həlli Rusiyanın Qafqazda mövqeyini möhkəmləndirə bilər. Ona görə də hiss edirəm ki, bizim üçün ən önəmli məsələ münaqişənin çözümündə Moskvanın həlledici və obyektiv rol oynamasıdır. Dörd günlük müharibə dövründə də Rusiya obyektivlik və neytrallıq göstərdilər. Biz çox arzulayırıq ki, Ermənistandan atılan yumurtalara, atəşlərə, hidətlərə, qəzəbli yazılara baxmayaraq Rusiya nəhayət ki, öz mövqeyini göstərsin və bu işğala son versin.
Zahid Oruc: “Qarabağın bizim ölkəmizdən kənarda yaşam yolu yoxdur”.
Bilirsiniz ki, 2011-ci ilə qədər 8 və ya 10 dəfə o vaxtkı Rusiya prezidenti Medvedyev tərəfindən irəli sürülmüş hormonlar, indi artıq yenilənmə mərhələsindədir. Yəni onu doğma kimi qəbul etmək olmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycan həmin sənədə fərqli şərtlər irəli sürübdür və görünən burud ki, Rusiya konfliktoloaqları, siyasi dairələrdə çalışan şəxslər, dövlət rəhbərliyinə yaxın olan insanlar bunun üzərində iş aparırlar. Hər bir halda Rusiya qətiyyən istəməz ki, ABŞ planı və yaxud da Fransa modeli Qarabağ məsələnin çözümündə rol oynasın. Çünki hər kəs bilir ki, Qarabağ məsələsini kim həll etsə, o da əsas rol oynayacaq. Ancaq buradan çıxış edərək deyə bilərik ki, Kazan formulu Azərbaycan ərazi bütövlüyünə təhlükə yaradırmı? Bu sualı çoxlar verir. Mən düşünürəm ki, bəlkə də bir çoxlarına elə gəlir ki, Tatarıstanda bu görüşlərin son raundunun keçirilməsinin bəlkə də bir rəmzi mənası da vardır. Çünki bu respublika Rusiya tərkibində ən yüksək muxtariyyata malikdir. Hətta bir çoxları deyirlər ki, federal qurluşlar içərisində Tatarıstan gerçək müstəqilliyə xeyli dərəcədə yaxındır. Və burada bir işarə varmı ki, Qarabağa da belə bir səlahiyyətlər və yaxud da statuslar vermək istəyirlər? Ancaq reallığa baxaq.
Bizim siyasətçilərdən soruşmaq lazımdır ki, Ermənistan ötən on illər ərzində Qarabağın müstəqilliyini niyə tanımayıblar? Ona görə tanımayıblar ki, dərhal ATƏT-in fəaliyyətinə son qoyulub, bu da müharibə qərarı demək olacaq? Qətiyyən mən belə düşünmürəm və heç vaxt da buna inanmamışam. Ermənilər beynəlxalq qurumları, ATƏT-i nəzərə alan olsaydılar heç bu işğalla da məşğul olmazdılar. Bu çox ciy və zəif arqumentdir. Əsl həqiqət mən deyəcəyim məsələdən ibarətdir. Bu məslə də ondan ibarətdir ki, ermənilər çox yaxşı bilirlər ki, 1918- 1989-cu illərin əsl coğrafi reallığına görə, Dağlıq Qarabağın Muxtar Vilayət olaraq ərazisi 4.38 min kvadrat klometrdir. Ermənilər dövlət elan etsələr və onu tanımağa qərar versələr, deməlidilər ki, hansı ərazidə bu dövləti tanıyırlar. Yəni bu halda digər əraziləri işğal etdiklərini göstərmiş olacaqlar. Deyək ki, Qarabağ onlar üçün tarixi məna daşıyır, amma Cəbrayıla, Füzuliyə, Ağdama həmin halda öz qərarları ilə işğal faktı kimi yanaşdıqlarını ortalığa qoyacaqlar. Bu da mühüm məsələdir.
Zahid Oruc: “Biz çox arzulayırıq ki, Ermənistandan atılan yumurtalara, atəşlərə, hiddətlərə, qəzəbli yazılara baxmayaraq Rusiya nəhayət ki, öz mövqeyini göstərsin və bu işğala son versin”.
İkinci tərəfdən yox desələr ki, indi əllərində olan bütün 17 min kvadrat kilometr ərazidə dövlət elan edirik, bu halda Azərbaycan xalqının əl-qolunu bağlayıb razı salxalar ki, gəlin ermənilərlə birlikdə referondum keçirdək. Onda Cəbrayıl, Füzuli, Laçın və digər əhali də o referenduma qatılmalıdır və deməlidir ki, biz sizin müstəqilliyinizi istəmirik. Yəni ermənilər bu hüquqi labritdən çıxa bilmirlər. Yoxsa onlar çoxdan Qarabağın müstəqilliyin tanımışdılar.
Kazan formulu ya başqa model ya başqa model, ya Madrit prinsipləri Qarabağın müstəqilliyə yaxın bir mövqeyini seçməklə, onları müstəqil ölümə, müstəqil qəbrə, müstəqil həyatdan getməyə məhkum etmiş olurlar. Bu faktdır, çünki Qarabağ məsələsi nə Kosova problemidir, nə Ukrayna məsləsidir, nə Krımdır, nə də başqa məsələdir. Yalnız ona görə ki, Allah Qarabağı elə bir coğrafiyada yaradıbdır ki, onlar həmin məkanı nə istəsələr elan edə bilərlər. Amma beynəlxalq qarantilər verildiyi halda ətrafına Laçına, Kəlbəcər və digər ərazilərə azərbaycanlılar daxil olan kimi Qarabağdakı erməni özünün azad müstəqil mövqeyini tərk edib məcburdu azərbaycanlılarla birgə yaşasın. Qarabağın bizim ölkəmizdən kənarda yaşam yolu yoxdur. Buna görə də ermənilər iki erməni dövləti qurmaq istəyirdilər, amma birinən də məhrum olurlar. Çünki Qarabağ Ermənistan dövlətinin altına qoyulmuş bombaya çevrilib. Hazırkı dövrdə Qarabağ ermənilər üçün özü boyda bir qəbrdir. Qarabağ məsələsi erməniləri parçalayır, ayırır, güclərini sarsıdır.
Zahid Oruc: “Hazırkı dövrdə Qarabağ ermənilər üçün özü boyda bir qəbrdir”.
Mənim yekun mövqeyim bundan ibarətdir ki, Rusiya elə bir model seçəçək ki, burada bölgəni nəzarət altında saxlaya bilsin, amma əvvəlki vəziyyət qətiyyən sərfəli deyil. Yəni Füzuli hissəsindən Şimal- Cənub layihəsi işləməlidir, dəmir yol xətti gedib gəlməlidir. İndi ermənilər də gəlib ora 500-600 əsgərlərini düzüblər ki, bizimdir. Belə yaşayış olmaz. Bütövlükdə səngərlərə dolub ömrü orada çürütmək olar? Nə qədər dayana biləcəklər orada? Səngərdə vətən, dövlət qurulur? Qalib gəlib ölkə etmisinizsə, gedib yaşayın da, amma yaşaya bilmirsiniz. Çünki bilirsiniz ki, haqsız savaş aparmısınız.
Qarabağ məsələsi gerçəkdən indiki reallıqda çox mühüm bir mərhələyə qədəm qoyubdur. Biz heç vaxt indiki qədər ədalətli sülhə yaxın olmamışıq. Qarabağ məsələsi üçün tarixi bir fürsət yetişib. Ya biz nəzərə almalıyıq ki, bu məqamda geopolitik qüvvələr arasındakı savaşda öz mövqeyimizi qorumaqla, Rusiya ilə ciddi razılaşmalara getməliyik, ya da Qarabağ məsələsini 5-6-cı yerə qoyub ölkənin iqtisadi, sosial hədəfləri uğrunda vuruşmalıyıq ki, bu da yolverilməz sayıla bilər. Çünki ölkənin bütün varlığı, ürəyi Qarabağla döyünür. Hər bir insan bu məkanı düşünür və işğala son veriməyənə qədər də iqtisadi inkişafımız bizə qaneedici görünmür. Gerçəkdən də 2 aprel tarixi yeni bir mərhələ olaraq təqvimimizdə qırmızılanmalıdır. Bu tarixi Kəlbəcər görə faciə günü kim qəbul etmək yalnışdır. Ermənilər üçün geri sayım başlanıbdır. Yetər ki, soyuqqanlılıqla, ağılla bu regional və beynəlxalq proseləri düzgün təhlil etməklə məsələnin həlledici raunda həllinə nail ola bilək”.
Nərminə UMUDLU
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər