Mobil versiya
Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır
Tarix: 28-06-2022 | Saat: 11:25
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasında öz parlaq gələcəyinə doğru inamla irəliləyir. Azərbaycan Respublikası ötən illərdə bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də böyük uğurlar əldə edib.

Prezident İlham Əliyevin 21 iyun 2022-ci il tarixində Özbəkistan Respublikasına dövlət səfəri zamanı keçirilən görüş iki ölkə arasındakı münasibətlərin dostluq və həmrəyliyə söykəndiyini, əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açmış oldu. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünyada söz sahiblərindən biridir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən xarici siyasət strategiyası sayəsində qazanılıb.

Səfər çərçivəsində ölkələrimiz arasında mühüm sahələri əhatə edən çoxlu sayda sənədin, o cümlədən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli tərəfdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrıldığını göstərir. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılığlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə iki ölkə arasında əməkdaşlığın yol xəritəsidir. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq, qardaşlıq əlaqələri və diplomatik münasibətləri 1995-ci il oktyabrın 2-də qurulmuşdur. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra 1996-cı ildən Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyə qədər iki ölkə arasında 135 sənəd imzalanıb.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hər iki dövlət başçısının səsləndirdiyi fikirləri, ölkələrimiz arasında imzalanan sənədləri dostluq və qardaşlığımızın sarsılmazlığının bariz nümunəsi kimi qəbul etmək olar.Bu səfəri böyük tarixi əhəmiyyət kəsb edir. Daşkəndin mərkəzində bütün həyatını Azərbaycana xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının Ümummilli Liderinə hörmətin, həm də xalqlarımızın qardaşlığına və dostluğunaverilən böyük qiymətin təzahürüdür. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri qlobal əməkdaşlığın, eləcə də, təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İkitərəfli münasibətlər normal olub, amma hazırda bu münasibətlərdə yeni keyfiyyət dəyişikliyi özünü büruzə verməkdədir. Bu həm ikitərəfli münasibətlərdə, həm Türk dünyası ilə bağlı ortaq qurumlarda özünü göstərir. Azərbaycan və Özbəkistanı yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət, din birləşdirir.

Özbəkistan qardaş ölkə olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Postmüharibə dövründə də Özbəkistan ölkəmizə böyük dəstəyini nümayiş etdirib və işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərinə oz töhfələrini verməkdə davam edir. Hər iki dövlət başçısının siyasi iradələri və döstluq münasibətləri xalqlarımız və dövlətlərimiz arasında da dostluq, tərəfdaşlıq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminlik yaradır.Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024