AZ RU Mobil versiya
Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərdi - YENİLƏNİB
Tarix: 23-06-2022 | Saat: 17:22
Bölmə:Manşet / Aktual | çapa göndər

Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərdi -

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

aia.az xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.

***

15:26

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

aia.az FHN-nin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8495 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2022