AZ RU Mobil versiya
Deputat: IX Qlobal Bakı Forumu ciddi müzakirələrə ev sahibliyi etdi
Tarix: 22-06-2022 | Saat: 14:46
Bölmə:Siyasət | çapa göndər

Deputat: IX Qlobal Bakı Forumu ciddi müzakirələrə ev sahibliyi etdi

IX Qlobal Bakı Forumu 50-dən çox dövlətin nümayəndələrinin Bakıda bir araya gəlməsi, ölkəmizin təbliğatı və beynəlxalq nüfuzu baxımından önəmli hadisədir. Bundan əlavə, Forumda dünyada və regionda gedən proseslərə Azərbaycanın baxış bucağı sərgiləndi, həmçinin müharibədən sonra sülhün əldə olunmasında Ermənistanın destruktiv fəaliyyəti barədə faktlar və qarşıya çıxan problemlər iştirakçılarının diqqətinə çatdırıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Deputat qeyd edib ki, Forumda müxtəlif ölkələri təmsil edən keçmiş və fəaliyyətdə olan prezidentlər, hökumət başçıları, siyasi ekspertlər, beyin mərkəzləri nümayəndələrinin çıxışlarında ölkəmizdə, bölgədə gedən proseslərə münasibətlər bildirildi. Bu da beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rola malikdir. IX Qlobal Bakı Forumunun əsas təşkilatçılarından biri Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir və bu qurumda dünya siyasətinin tanınmış simaları təmsil olunur. Onların hər birinin Azərbaycanın əldə etdiyi nailiyyətlərlə yerində tanış olması və öz ölkələrinin KİV-də təbliğ etmələri dövlətimiz üçün olduqca faydalıdır. Qlobal Bakı Forumunun heyəti hər il yenilənir. Bu da Azərbaycanın dostlarının sayının artması deməkdir. Həmçinin beynəlxalq platformalarda ölkəmizə olan dəstəyin çoxalmasına gətirib çıxarır.

“Davos İqtisadi Forumu sırf iqtisadi problemlərin, Münxen Təhlükəsizlik Forumu təhlükəsizlik məsələlərini əhatə edir. Bakı Qlobal Forumunda isə, geosiyasi, təhlükəsizlik məsələləri ilə yanaşı, sosial, humanitar, ümumiyyətlə, beynəlxalq aləmin gündəmində olan bütün problemləri özündə əks etdirir. Prezident İlham Əliyevin çıxışında Ermənistanla münasibətlərin normallaşması, regional əməkdaşlıq, pandemiya, ərzaq təhlükəsizliyi və s. məsələlər, eyni zamanda, onların ədalətli həlli üçün lazımi mesajlar səsləndi. Forumda Bolqarıstan, Albaniya, Gürcüstan prezidentlərinin, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının rəhbərlərinin iştirakı, Britaniya, İtaliya, Latviya və digər ölkələrin liderlərinin müraciətləri Qlobal Bakı Forumunun beynəlxalq nüfuzunun və müzakirə olunan məsələlərin aktuallığının göstəricisidir. Dünyada mürəkkəb proseslər baş verir. Güc hüququ üstələyir. İndiki zamanda ən çox ehtiyac duyulan məsələ dialoqdur. Dialoq olmayanda silahlar işə düşür, vəziyyət idarəolunmaz hal alır. IX Qlobal Bakı Forumu da bu baxımdan ciddi müzakirələrə ev sahibliyi etdi”,-deyə N.Məhəməliyev vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8219 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2022
04-08-2022