Mobil versiya
4 avtomobil anidən havaya qalxdı - ŞOK GÖRÜNTÜLƏR
Tarix: 19-05-2016 | Saat: 12:24
Bölmə:Media | çapa göndər

4 avtomobil anidən havaya qalxdı - ŞOK GÖRÜNTÜLƏR

Ötən həftə Çinin şimalındakı Hebey əyalətində baş verən və bütün dünyanın marağına səbəb olan hadisənin sirri açılıb.

Aia.az xəbər verir ki, müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərdə 4 maşının anidən havaya qalxdığı əks olunub.

Sən demə, mikroavtobus və maşınların qəflətən havaya qalxmasına iddia edildiyi kimi hansısa fövqəltəbbi qüvvə təsir etməyib. Olay sadəcə naqilin yol təmizləyən maşına ilişməsi üzündən baş verib. Belə ki, qırılan naqil asfaltyuyan avtomobilin təmizləyici vasitələrinə dolaşıb. Nəticədə, avtomobillər həmin naqilə ilişərək qeyri-adi şəkildə havaya qalxıb.

Yerli dairələrin məlumatına görə, hadisə zamanı xoşbəxtlikdən tələfat qeydə alınmayıb. 4 maşına ziyan dəyib. Şahidlər bildirir ki, naqil yolun əks istiqamətinə keçmək istəyən piyadaların bir addımığında imiş. Əgər məftillər onların ayaqlarına dolaşsaydı, nəticə daha acınacaqlı ola bilərdi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024